Cəmiyyət və Din (qəzet)

"Cəmiyyət və din" qəzetiAzərbaycanda nəşr olunan həftəlik qəzet. Azərbaycan Respublikasında dini qurumların dövlət qeydiyyatı haqqında məlumat "Cəmiyyət və din" qəzetində dərc edilir.[1]

"Cəmiyyət və Din" qəzeti
Növİctimai qəzet
TəsisçiDini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Baş redaktorSadiq Mirzəyev (yanvar 2014-cü ildən)
Yaranma tarixi7 may 2009
DilAzərbaycan dili
Qiymət40 qəpik
Səhifə8 (10 yanvar 2013-cü ilədək)
16 (10 yanvar 2013-cü ildən)
ÜnvanAZ 1001, Bakı şəhəri, Əhməd Cavad küçəsi 12.
Tiraj3000
scwra.gov.az

Haqqında

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təsis etdiyi "Cəmiyyət və din" qəzetinin ilk nömrəsi 7 may 2009-cu il tarixində çapdan çıxmışdır. Respublikamızda dövlət-din münasibətlərini tənzimləyən hüquqi bazanın təbliğində, müxtəlif din və mədəniyyət mənsubları arasında qarşılıqlı anlaşmanın və dini-etnik dözümlük prinsiplərinin qorunub saxlanılmasında, inam və imanla bağlı cəmiyyətdaxili sosial-siyasi dəyərlərin işıqlandırılmasında mətbu sözdən layiqincə istifadə etmək qəzetin əsas qayəsidir.

Qəzet Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2894 nömrəli Qeydiyyat Şəhadətnaməsi ilə 19 mart 2009-cu ildə qeydiyyatdan keçmişdir.

10-16 yanvar 2013-cü il tarixli 187-ci sayından etibarən yeni formatda işıq üzü görür və 16 səhifədən ibarətdir.

Redaksiya şurası

Mənbə: "Cəmiyyət və Din" qəzeti. 10-16 yanvar 2013, № 01 (187). səh. 16.  (az.)

Baş redaktorları

  • 2009-2012 — Elçin Cabbarov
  • 2012 — Gündüz İsmayılov[2]
  • yanvar 2013-dekabr 2013 — Səyyad Salahlı[3]
  • yanvar 2014-dən — Sadiq Mirzəyev

Yubiley nömrələri

  • 200 - 18.04.2013

Həmçinin bax

İstinadlar