Cəlal Qurbanov

Azerbaycanlı şair

Cəlal Cavanşir oğlu Qurbanov (19 mart 1980, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, Prezident təqaüdçüsü, "Fire Land Group"-un rəhbəri, Milli Güləş Federasiyasının prezidenti (2019–2021).[1]

Cəlal Qurbanov
Doğum tarixi (44 yaş)
Doğum yeriBakı, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
UşaqlarıFatimə Qurbanlı, Əli Qurbanov
Atası"Əməkdar bədən tərbiyəsi və idman xadimi" Cavanşir Qurbanov
Milliyyətiazərbaycanlı
TəhsiliAzərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
"Təfəkkür" Universiteti
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
FəaliyyətiAzərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Gömrük xidməti polkovniki

Həyatı

Qurbanov Cəlal Cavanşir oğlu 19 mart 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Yasamal rayonunda yerləşən 21 saylı orta məktəbin birinci sinfinə daxil olub. 1996-cı ildə həmin məktəbin 11-ci sinfini bitirib, "Təfəkkür" Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. 2000-ci ildə həmin universiteti birinci kursunu müvəffəqiyyətlə bitirib Dövlət Neft Akademiyasından zəmanət götürərək, könüllü olaraq hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra təhsilini davam etdirib. 2003-cü ildə ADNA-nın Neftin sənayesi və Ekologiyası ixtisası üzrə magistr pilləsini bitirmişdir. 2005-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasına "İnzibati idarəetmə" fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil almaq üçün qəbul olunmuş və 2008-ci ildə bitirmişdir.

Sərbəst Güləş üzrə idman ustalığına namizəddir. 15 fevral 2021-ci ildə Azərbaycan Milli İdman Növləri Assosiasiyasının vitse-prezidenti seçilib.[2]

Ailəsi

Ailəlidir. Əli və Fatimə adında övladları var.

Fəaliyyəti

Əmək fəaliyyəti

  • 15.01.2001–24.07.2001 – Azərbaycan Dövlət Gömrük Komitəsi Azərterminalkomleks birliyi Bakı Şöbəsi mütəxəssis.
  • 04.04.2003–10.09.2007 – Azərbaycan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi, Keşlə Gömrük postunun inspektoru
  • 10.09.2007–12.02.2004 – Azərbaycan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi, Rəsmləşdirmə şöbəsi böyük inspektor.
  • 12.02.2004–15.08.2018 – Azərbaycan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Baş inspektor.
  • 2016–2018 – (Bakı Baş Gömrük İdarəsində yaradılmış "Yaşıl Dəhliz" buraxılış sisteminin qrup rəhbəri)
  • 15.08.2018–21.02.2023 – Azərbaycan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük Komitəsi Hava Nəqliyyatı Baş Gömrük İdarəsi baş inspektor.
  • Rütbəsi – Gömrük xidməti polkovniki.[3]

Yaradıcılığı

2013-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Fire Land"Productionun rəhbəri, nəğməkar-şair, Prezident təqaüdçüsüdür. "Yaşa, yaşa, Azərbaycan!", "Mənim atam qəhrəmandır!", "Mənim oğlum qəhrəmandır!" layihələrinin rəhbəridir.[4]

Şeirlərinə bəstələnən mahnılar

  • Sevgi dünyamızGövhər Həsənzadə
  • Durnalar – mus: Gövhər Həsənzadə
  • AzərbaycanHikmət Mirməmmədli
  • Əsgər marşı – Yaşar Baxış
  • Öpsən – mus. Aygün Kazımova
  • Sevgi yağışı – Sevinc Tağıyeva
  • Səninlə – mus: Emil Şahin
  • Kaş ki – mus:Rüstəm Zeynallı
  • Nankorsan – mus: Gövhər Həsənzadə
  • Sevən qəlbim – mus: Aygün Kazımova
  • Xoşbəxt illər – mus: Minayə xanım
  • Mən səninəm – mus: Məhəbbət xanım
  • Dola mənə qolunuFaiq Sücəddinov
  • Sən Azərbaycanlısan – mus: Gövhər Həsənzadə
  • Unut getsin – mus: Mikayıl Vəkilov
  • Mənim deyilsən – mus: Muxtar Abseynov
  • Etiraf – mus: Faiq Sücəddinov
  • Sən bizimləsən – mus: Aygün Səmədzadə
  • Apar məni – mus: Rüstəm Zeynallı
  • Yoruldum – mus: Xanım İsmayılqızı
  • Yad olduq – mus: Muxtar Abseynov
  • Ötən günlər – mus: Nadir Əzimov
  • Azərbaycan – mus: Vüqar Camalzadə
  • Neyləyim – mus: Sevinc Tağıyeva
  • Gizli sevgi – mus: Ramal İsrafilov
  • Leyli Məcnun – mus: Abbas Bağırov
  • Sənin oldum – mus: Gövhər Həsənzadə
  • Göz yaşımı tökə-tökə – mus: Elza Seyidcahan
  • Mənim gülüm – mus: Xumar Qədimova
  • Sevgi harayı – mus: Xumar Qədimova
  • Göy göl – mus: Aydın Abbasov
  • Gəl görüşək – mus: Gövhər Həsənzadə
  • Gəl barışaq – mus: Rüstəm Zeynallı
  • Azərbaycan – mus: Nazim Məmmədov
  • Darıxır ürək – mus: Aybəniz Güllər
  • Əllərim darıxmasın – mus: Pərviz Mahmudov

Layihələri

Təltif və mükafatları

  • 27.01.2011 — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Gömrük orqanlarında xidmətə görə" 3-cü dərəcəli döş nişanı
  • 01.03.2016 — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Gömrük orqanlarında xidmətə görə" 2-ci dərəcəli döş nişanı
  • 28.05.2018 — Prezident təqaüdü
  • 28.01.2022 — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Gömrük orqanlarında xidmətə görə" 1-ci dərəcəli döş nişanı

İstinadlar