Yabuka (ada)

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç
Yabuka
xorv. Jabuka
Adanın qərb hissəsi
Adanın qərb hissəsi
Ümumi məlumatlar
Sahəsi0,022585 km²
Hündür nöqtəsi99,333 m
Əhalisi0 nəfər
Yerləşməsi
43°03′30″ şm. e. 15°27′37″ ş. u.
Ölkə Xorvatiya
Arxipelaq
  • Vis
Akvatoriya
Yabuka xəritədə
Yabuka
Yabuka
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yabuka (xorv. Jabuka) — Adriatik dənizində Xorvatiyaya məxsus vulkanik ada. Ada Vis arxipelaqına aiddir. İnzibati baxımdan ölkənin Split-Dalmasiya jupaniyasına məxsusdur. Adanın sahəsi 0,022585 km², ən yüksək zirvəsi dəniz səviyyəsindən ― 99,333 metrdir.[1]

Ada ilk dəfə xəritələrdə XIV əsrdə göstərilmişdir. XVXVII əsrlərdə adada qızılquş yumurtalarının toplanması həyata keçirilmiş və məqsəd onların çoxaldılması idi. 2013-cü ildən Yabuka və ətraf sular «Natura 2000»-nin qorunan ərazilər siyahısına salınmışdır. 2017-ci ildən Yabuka akvatoriyasında balıqçılığa məhdudiyyət qoyulmuşdur. 17 aprel 2019-cu ildən bütün arxipelaq UNESCO-nun geopark statusunu almışdır.

Adlandırılması

mənbəni redaktə et

1318-ci ildə ada Millo adlanırdı (it. Millo). Sonrakı dövrlərdə ada bir çox ölkə xəritələrində müxtəlif adla qeyd olunmuşdur. Ən geniş yayılmış ad isə italyan mənşəli Pomo idi (it. Pomo).[1]

Ada Adriatik dənizində, Vis arxipelaqına daxildir.[2]Uzunluğu — 310 metr, eni — 130 metr, sahil xəttinin uzunluğu ― 715 metrdir.[3][1]

Vulkanik ada olan Yabuka Adriatik piltəsinin mərkəzində yerləşir. Ada geoloji duzlu diapir üzərində yerləşir.[4] Yura dövrünə aid subvlkanik dolerit adanın əsasını təşkil edir və maqmanın səthdə kristallizasiyası nəticəsində formalaşmışdır.[5][6]

Yabuka adası quraq iqlim zonasına daxildir. Orta illik yağıntının miqdarı 200 mm-dir. Orta illik temperatur — 16 °C, illik günəşli saatların miqdarı — 2700-dir.[7]

Fauna və flora

mənbəni redaktə et

Ada da Frankenia pulverulenta, Convolvulus cneorum, Euphorbia dendroides, Limonium vestitum [8] geniş yayılıb.[7] Eyni zamanda endemik bitki növlərindən Centaurea crithmifolia, Centaurea friderici, Aurinia leucadea, Limonium pomoenseCentaurea jabukensis misal göstərmək olar.[9][8]

Naviqasiya menyusu