Qambay Vəzirov

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç
Qambay Vəzirov
Qambay Məmməd oğlu Vəzirov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriGümrü, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (48 yaşında)
Vəfat yeriSSRİ
Vəfat səbəbirepressiya
VətəndaşlığıRusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Həyat yoldaşıİzzət Qiyasbəyli
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti ADR Ordusu,
Sovet Ordusu
Qoşun növüdağ qoşunu
Xidmət illəri1937-dən əvvəl
Rütbəsi komdiv
Komandanlıq edib
DöyüşlərBasmaçılara qarşı mübarizə
Təltifləri"Qırmızı əmək bayrağı" ordeni (Azərbaycan SSR) — 1930 "Qırmızı bayraq" ordeni — 1922
"Qırmızı ulduz" ordeni

Qambay Məmməd oğlu Vəzirov (19 avqust 1899, Gümrü, İrəvan quberniyası) — 13 oktyabr 1937) — hərbi xadim, diviziya komandiri, general-mayor. Repressiya qurbanı.

İlk (yeddiillik) təhsilini İrəvan kişi gimnaziyasında almışdır.[1] 1918-ci ildə altı ay Türkiyədə işləmişdir. 1919-cu ildən Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunda xidmət etmişdir. Hərbiyyə məktəbini bitirdikdən sonra 1920–1922-ci illərdə Qazaxda, CəbrayıldaQarabağda sovet hakimiyyətinə qarşı çıxan daşnaklarla vuruşmuşdur.

Hərbi təhsili

mənbəni redaktə et

Vəzirov 1922-ci ildə Moskvaya Frunze adına Hərbi Akademiyaya göndərilmişdir. Təhsilini başa vurduqdan sonra 1925-ci ilin avqustunda Azərbaycan Birləşmiş Hərbi Məktəbinin rəisi təyin olunmuş və burada işlədiyi iki ildə özünü təşəbbüskar komandir və qayğıkeş müəllim kimi göstərmişdir.

1927-ci ildə Zaqafqaziya milli hərbi məktəbləri birləşdirildikdən sonra Vəzirov 3-cü Qafqaz atıcı diviziyasının, 1928-ci ildə isə Azərbaycan atıcı diviziyasının qərargah rəisi təyin edilmişdir. Azərbaycan atıcı diviziyası onun rəhbərliyi ilə 1929-cu ilin avqust-sentyabrında Əlahiddə Qafqaz ordusunun ilk manevrlərində uğurla iştirak etmişdi.

Vəzirov nümunəvi döyüş komandiri kimi, 1930–1932-ci illərdə Belorusiya hərbi dairəsi 111-ci atıcı alayının komandiri, eyni zamanda, Jizdra şəhər qarnizonunun rəisi vəzifələrində çalışmışdı. 1932-ci ildə o, Azərbaycan atıcı diviziyasının komandiri və komissarı təyin edilmiş, bilik və təcrübəsini respublikada hərbi kadrların hazırlanmasına həsr etmiş, "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdu.

Ölüm səbəbi

mənbəni redaktə et

1937-ci ilin iyununda terrorçu-əksinqilabi milli təşkilatın rəhbəri olmasına dair saxta ittihamlar əsasında həbs edilərək, güllələnmişdir. SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının 1956-cı il 28 iyul tarixli qərarı ilə Vəzirova ölümündən sonra bəraət verilmişdir.

  • "Qırmızı Ulduz" ordeni

Xarici keçidlər

mənbəni redaktə et

Naviqasiya menyusu