Qəbələ şəhər stadionu

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç
Qəbələ şəhər stadionu
Xəritə
YeriQəbələ, Azərbaycan
Açılış tarixi1985
Tamaşaçı tutumu4 500
Ev sahibi komandaQəbələ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qəbələ şəhər stadionu — "Qəbələ Futbol Klubu"-nun stadionu.

Qəbələ şəhər stadionu 1985-ci ildə Tütün Fermentləmə Zavodunun nəzdində tikilib istifadəyə verilib. Ərazisi 6 hektardır. Stadionda əsas meydança ilə yanaşı, kiçik məşq meydançaları da mövcuddur. 2005-ci ildən etibarən stadionun bərpasına başlanılıb. Həmin dövrdə plastik oturacaqlar yerləşdirilib və tamaşaçı tutumu 2 minə bərabər olub. Eyni zamanda ot örtüyü də yenilənib. 2006-cı ildə müasir tələblərə cavab verən soyunub-geyinmə otaqları, su problemini aradan qaldırmaq üçün artezian quyuları və idmançıları fiziki hazırlıqlarını artırmaları üçün trenajor zalı istifadəyə verilib. 2007-ci ildən etibarən stadionun əsaslı təmir edilməsi qərara alınıb. Hazırda əsas komandanın oyunlarını keçirdiyi stadionun daxili yarışlar üçün 4, beynəlxalq yarışlar üçün 2 min nəfərlik tamaşaçı tutumu mövcuddur. Meydançanın örtüyü təbiidir və aşağıdan isitmə sistemi ilə fəaliyyət göstərir. 8 nəfərdən ibarət işçi qrupunun fəaliyyət göstərdiyi meydança məhz yüksək diqqət sayəsində nəinki ölkə və region, hətta bütün Avropada ən yaxşılardan biri hesab edilir.

— Əsas stadionun meydançası (təbii, isitmə sistemli)

— Gənclərdən ibarət komandaların oyun meydançası (təbii)

— Məşq meydançaları (3 ədəd, təbii)

— Məşq meydançaları (2 ədəd, süni)

— Məşq meydançası (1 ədəd, süni, qapalı)

— Məşq meydançasl (2 ədəd, süni, kiçik ölçülü)

— Məşq meydançası (1 ədəd, qum, 35 m X 35 m)

Beynəlxalq oyunlar

mənbəni redaktə et

UEFA Avropa Liqası

2014/2015. "Qəbələ" — "Şiroki Briyeq" (Bosniya və Herseqovina) 0:2

2015/2016. "Qəbələ" — "Apollon" (Kipr) 1:0

2015/2016. "Qəbələ" — "Dinamo" (Tbilisi, Gürcüstan) 2:1

2015/2016. "Qəbələ" — "PAOK" (Saloniki, Yunanıstan) 0:0

2015/2016. "Qəbələ" — "Krasnodar" (Krasnodar, Rusiya) 0:3

2015/2016. "Qəbələ" — "Borussiya Dortmund" (Dortmund, Almaniya)

2015/2016. "Qəbələ" — "Panatiaykos" (Yunanıstan) 0:0

2016/2017. "Qəbələ" — "Samtredia" (Samtredia, Gürcüstan) 5:1

2016/2017. "Qəbələ" — "Lill" (Lill, Fransa) 1:0

2016/2017. "Qəbələ" — "Maribor" (Sloveniya) 3:1

2016/2017. "Qəbələ" — "Anderlext" (Anderlext, Belçika) 1:3

2017/2018. "Qəbələ" — "Yagelloniya" (Belostok, Polşa) 1:1

2018/2019. "Qəbələ" — "Proqre" (Lüksemburq) 0:2

2019/2020 "Qəbələ" — "Dinamo" (Tbilisi, Gürcüstan) 0:2

UEFA Gənclər Liqası

2017. "Qəbələ" — "Dinamo" (Moskva, Rusiya) 0:2Hazırda Qəbələ şəhər stadionunda 30-a yaxın işçi işləyir. Stadionun direktoru Mübariz Əhmədovdur.

Hazırda Qəbələ şəhər stadionunda 30-a yaxın işçi işləyir. Stadionun direktoru Mübariz Əhmədovdur.

Naviqasiya menyusu