Picasa

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç
Picasa
TipiQrafik redaktorlar
MüəllifLifescape, Inc
TərtibatçılarGoogle
Proqramlaşdırma diliC++
Əməliyyat sistemiWindows, Mac OS X
İnterfeysin diliçoxdilli[d]
Yayımlanma tarixi15 oktyabr 2002
Sonuncu versiya
  • 3.9 141.259
LisenziyaFreeware
Saytpicasa.google.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Picasa — Lifescape şirkəti tərəfindən yaradılmış rəqəmsal təsvirlərin icrası üçün nəzərdə tutulmuş pulsuz proqram[1]. "Picasa" adı ispan rəssamı Pablo Pikassonun adına uyğun olaraq, mi casa (isp. mənim evim) və "pic" (ing. təsvir, şəkil) sözlərindən yaranmışdır. 13 iyun 2004-cü ildə Picasa Google şirkəti tərəfindən satın alınmışdır[2].. Picasa fotoserverlərlə (ing. Picasa Web Albums Picasa veb-albomları), həmçinin Blogger, Gmail, YouTube, Google EarthGoogle Plus xidmətləri ilə birləşmişdir.

Proqramın imkanları və çatışmazlıqları

mənbəni redaktə et
  • Skanerdən və kameradan kompüterə şəkillərin yüklənməsi.
  • Kompüterin sərt diskində olan şəkillərin avtomatik indeksləşdirilməsi.
  • Adi və tam ekran, həmçinin slayd-şou rejimində təsvirlərə baxış.
  • Geoteqləmə: Picasa, təsvirin EXIF meta-məlumatlarlarının koordinatları göstərə bilir.
  • Şəkillərin redaktəsi
  • Şəkillərə müxtəlif effektlərin tətbiqi.
  • Şəkillərin çapı.
  • Şəkil kollajlarının yaradılması.
  • Elektron poçtla şəkillərin göndərilməsi.
  • Şəkillərdən slayd-şouyla ekran şəkillərinin və kompakt-disklərin şəkilləri əsasında yaradılma.
  • Təsvirin redaktəsi zamanı redaktə olunan təsvirin orijinal formasının gizli qovluqda saxlanılması.

Çatışmazlıqlar

mənbəni redaktə et
  • Hərəkətli GIF-fayllarını icra edə bilmir.
  • Bəzən, PNG formatında olan şəkillərdə alfa-kanalın təsviri zamanı problemlər olur.
  • Albom daxilində başqa albom yaratmaq olmur.
  • Çoxvərəqli TIFF-faylları əks etdirmir.
  • Təsvirlərin ölçülərini dəyişdirmək narahatdır.

Xarici keçidlər

mənbəni redaktə et

Naviqasiya menyusu