Namiqkamal Əliyev

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç
Namiqkamal Əliyev
bayraq
Azərbaycan Dövlət Yanacaq Komitəsinin sədri
bayraq2
22 yanvar 1991 – 10 aprel 1992
ƏvvəlkiRafiq Məmmədov
SonrakıMuxtar Aslanov
bayraq
Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi naziri
bayraq2
21 yanvar 1980 – 21 yanvar 1988
ƏvvəlkiKamil Akimov
Sonrakınazirlik ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi1932
Partiya
Təhsili

TəltifləriAzərbaycan SSR əməkdar mühəndisi

Namiqkamal (Namiq Kamal) Məmməd oğlu Əliyev (1932) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi naziri (1980–1988), Azərbaycan Dövlət Yanacaq Komitəsinin sədri (1991–1992).

Namiqkamal Məmməd oğlu Əliyev 1932-ci ildə qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.[1]

1957–1963-cü illərdə Bakı gəmi tərsanəsinin mühəndisi, Elmi Tədqiqat Neft-Kimya Prosesləri İnstitutunun böyük mühəndisi olmuşdur. 1963-cü ildən Sumqayıt kimya kombinatının baş mexaniki, baş mühəndisi, Oktyabr inqilabı adına üzvi məhsullar zavodunun direktoru, baş mühəndisi, qaz emalı zavodunun sonra isə Azərqaznəqliyyat İstehsalat Birliyinin direktoru vəzifələrində işləmişdir.[2]

Namiqkamal Əliyev 1980-ci ildə Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi naziri təyin edilmişdir. 1988-ci ildə nazirlik ləğv edilənədək bu vəzifədə işləmiş, 1991–1992-ci illərdə isə Azərbaycan Dövlət Yanacaq Komitəsinin sədri olmuşdur.

Namiqkamal Əliyev 1961-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilmişdir.[2] Azərbaycan SSR Ali Sovetinin XXI çağırış deputatı olmuşdur.[1]

Həmçinin bax

mənbəni redaktə et

Naviqasiya menyusu