Kirman səlcuqiləri
Tarixi dövlət | |||
Kirman səlcuqiləri | |||
---|---|---|---|
fars. سلجوقیان کرمان | |||
| |||
![]() | |||
Kirman Səlcuq dövləti (1048-1188) – Alp Arslanın qardaşı Qavurd bəyin üsyan ilə Böyük Səlcuq İmperiyasından ayrılıb qurduğu dövlət idi. Dövlətin hakimləri Kirmanşahlar adlanırdı.
Tarixi
mənbəni redaktə etDövlətin əsasları Çağrı bəyin oğlu Qavurd bəyin 1048-ci ildə bölgəni ələ keçirməsi ilə qoyulmuşdu. Bölgə Büveyhi əmirlərinin canişini olan Bəhram ibn Ləşkəristan tərəfindən idarə olunurdu. Səlcuqların işğalından sonra əmisi Toğrul bəyin adına xütbə oxutduran Qavurd bəy Kirman hakimi kimi təsdiqlənmişdi.
Alp Arslan 1072-ci ildə hakimiyyəti oğlu Məlikşaha vəsiyyət edib vəfat edəndə Qavurd bəy bu vəziyyətə razı olmayıb Kirmanda üsyana başlamışdı. Üsyan uğursuz nəticələnsə də Qavurdun davamçıları hakimiyyətlərini qoruyub saxlaya bilmişdilər.
Dövlət II Məhəmmədin Oğuz sərkərdəsi Məlik Dinara məğlub olmasından sonra dağılmış və Kirman Oğuz dövləti tərəfindən əvəz olunmuşdur.
Ərazisi
mənbəni redaktə etDövlətin ərazisi Kirman və Sistan kimi vilayətlərdən əlavə müasir BƏƏ və Oman bölgələrindən də ibarət idi.
Hökmdarları
mənbəni redaktə et- Qavurd bəy
- Kirman şah
- Sultan şah
- Turanşah
- İranşah
- Arslanşah
- I Məhəmməd şah
- Toğrul şah
- Bəhramşah
- II Arslanşah
- II Turanşah
- II Məhəmmədşah
Mənbələr
mənbəni redaktə et- Sədrəddin Hüseyni - Zəbda əl Təvarix
- Əbu Həmid Kirmanı - Səlcuqiyan və Ğuz dər Kirman
- 1041-ci ildə yaranmış dövlətlər və ərazilər
- 1187-ci ildə ləğv olunmuş dövlətlər və ərazilər
- Tarixi türk dövlətləri
- Səlcuq sülaləsi
- Kirman ostanı