Jiça

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç
Pravoslavlıq
Jiça
Жича
Žiča
Din
HimayəsiSerb Pravoslav Kilsəsi
Ölkə
Memarlıq
İnşa tarixi1207 – 1217
Tikdirəni
Jiça xəritədə
Jiça
Jiça
Saytı
zica.org.rs
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jiça monastırı (serb. Манастир Жича) ― Serbiyanın Kralevo şəhərinin yaxınlığında 13-cü əsrə aid erkən Serb Pravoslav monastırı. Monastır Serbiyanın birinci kralı, Stefan NemaniçSerb Pravoslav kilsəsinin ilk rəhbəri Müqəddəs Sava tərəfindən inşa edilmişdir.

Jiça baş yepiskopun iqamətgahı idi (1219-1253) və ənənəyə görə Serbiya krallarının tacqoyma məkanı idi. Kral hər hansı bir serb kilsəsində tac götürsə belə, Jiçada məsh olunana qədər əsl kral sayılmırdı. Jiça 1979-cu ildə "müstəsna əhəmiyyətli mədəniyyət abidəsi" elan edildi və hal-hazırda Serbiya tərəfindən qorunur.[1] Monastır 2008-ci ildə 800 illik mövcudluğunu qeyd etdi.

Jiça monastırının girişi

1219-cu ildə Serbiya kilsəsi imperator I Teodor Laskaris və Konstantinopol patriarxı I Manuel tərəfindən avtokefaliya qazanır və Müqəddəs Sava Serbiyanın ilk baş yepiskopu olur.[2] Monstarı bu dövrdə bütün Serbiya torpaqlarının baş yepiskopunun iqamətgahı olaraq qəbul olunurdu. Müqəddəs Sava böyük qardaşı Stefan Prvovençanini Jiça monastırında "bütün Serbiyanın kralı" olaraq taclandırmışdı.[2]

1221-ci ildə Jiça monastırında Boqomilizmi qınayan sinod keçirildi.[3]

1276-92-ci illər arasında kumanlar monastırı yandırsalar da, Kral Stefan Milutin onu təmir etdirmişdir.

1941-ci ildə Serbiyadakı üsyan zamanı Kraljevo mühasirəsi içərisindəki ilk atışmalar 9 oktyabr 1941-ci ildə günortadan sonra Jiça monastırı yaxınlığında başladı. 10 oktyabrda alman hava qüvvələri beş təyyarə istifadə edərək Jiça Manastırını bombaladı və kilsəsinə əhəmiyyətli dərəcədə zərər verdi.[4] Monastır yaxınlığında döyüş, Almanlar üsyançı xətləri qıraraq monastırı atəşə verdikdə 11 Oktyabrın səhərinə qədər davam etdi.

Jiça 1889-cu ildə

Həmçinin bax

mənbəni redaktə et

Naviqasiya menyusu