HAARP

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç
HAARP-ın Sanford vulkanı istiqamətindən havadan görünüşü

HAARP (ing. High Frequency Active Auroral Research Program; tərc. Yüksəktezlikli Aktiv Qütb İşıqlarıTədqiqatlar Proqramı) — ABŞ Hərbi Hava Qüvvələri, ABŞ Hərbi Dəniz Qüvvələri, Alyaska Ferbanks Universiteti və Müdafiə Nazirliyinin perspektivli layihələri araşdırma idarəsi (DARPA) tərəfindən birgə maliyyələşdirilən, ionosfer tədqiqat proqramı kimi başladılmış layihə.[1] İngilis şirkəti BAE Systems tərəfindən dizayn edilmiş və tikilmişdir. Layihənin ilkin məqsədi ionosferi tədqiq etmək və radio rabitə və müşahidələr üçün ionosferə bağlı təkmilləşdirilmə texnologiyasının inkişaf etdirilməsi potensialını araşdırmaq idi.[2] HAARP 2015-ci ildən etibarən Alyaska Ferbanks Universiteti tərəfindən idarə olunur.[3]

Proqram çərçivəsində ionosferin xüsusiyyətlərini araşdırmaq üçün həyata keçirilən tədqiqatlar Alyaskada aparılır. İonosferə bu cür müdaxilə ideyası ilk dəfə Nikola Tesla və Islam Papaxov tərəfindən irəli sürülmüşdür.

Layihənin dayandırılması üçün bir sıra ölkələrdə kampaniyalar aparılır. Çünki HAARP layihəsinin iqlimə nəzarət və süni zəlzələ silahı ola biləcəyinə dair iddialar mövcuddur. Hətta zehin idarə etmə dalğaları yaydığı deyilir.

HAARP, Pentaqonun nəzarətində və ABŞ ordusunun xidmətində olan mühüm bir layihədir. Alyaskadakı mərkəzdə hazırda yüksək tezlikli radio siqnalı yayımlaya bilən cəmi 48 antenna vardır. Bunlardan əlavə, yüksək tezlikli siqnallarla əlaqəli fəaliyyətlərdə istifadə olunacaq bir radarın qoşulması da planlaşdırılır.

HAARP layihəsi sayəsində, ionosferin qızışdırılması yolu ilə çox aşağı tezlikli dalğalar (ELF) da yaradılmaqdadır.

Elektromaqnetik dalğalarla bir çox sınaqların aparıldığı bu ərazi təyyarələr üçün təhlükəlidir. Buna görə də HAARP təsislərində, təyyarə nəzarət sistemi mövcuddur və hər hansı təyyarənin yaxınlaşması zamanı antennaların fəaliyyəti avtomatik olaraq dayandırılır.

Konspirasiya nəzəriyyələri

mənbəni redaktə et

HAARP çoxsaylı konspirasiya nəzəriyyəsinin mövzusudur. Müxtəlif şəxslər layihənin gizli məqsədləri və imkanları haqqında fərziyyələr irəli sürmüşdürlər. Məsələn, amerikalı alim və aktivist Rozali Bertell 1996-cı ildə HAARP-ın hərbi silah olaraq mövcudluğu barədə xəbərdarlıq etmişdi.[4] Kanadalı iqtisadçı Mişel Çosudovski isə kitabında qeyd edib ki, "ən son elmi sübutlar HAARP-ın tam işlək olduğunu və daşqın, siklon, quraqlıqzəlzələləri tətikləmə qabiliyyətinə malik olduğunu göstərir."[5] HAARP zamanla İran, Pakistan, Haiti, Türkiyə, YunanıstanFilippində müvafiq fəlakətlərin, eləcə də ildırım və hətta böyük cərəyan kəsintilərinin, TWA800 uçuş aparatının vurulmasının, Körfəz müharibəsi sindromunun və xroniki yorğunluq sindromunun yaranmasında günahlandırılmışdır.[6][7][8]

  • Berich, NickJeane Manning. Angels Don’t Play This HAARP: Advances in Tesla Technology. ISBN 0-9648812-0-9.

Xarici keçidlər

mənbəni redaktə et

Naviqasiya menyusu