Zurnabad

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç
Zurnabad
40°30′22″ şm. e. 46°14′25″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Zurnabad xəritədə
Zurnabad
Zurnabad

ZurnabadAzərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd.

1897–ci ildə burada Zemstvo məktəbi açılmışdır.[1]1912-ci ilin fevralında Zurnabadda poçt-teleqraf stansiyası işə düşmüşdür[2]

Zurnabad kəndinin cənubunda XII əsrə aid Zurnabad qalası (İnventar nömrəsi 4290) yerləşir. Bundan başqa orta əsrlərə aid yerli əhəmiyyətli köhnə qəbiristanlıq da abidə kimi qorunur.[3]

Zurnabadda həmçinin erkən orta əsrlərə aid qaya üstündə inşa edilən alban kilsəsi də var. Ehtimallara görə, kilsə böyük monastır kompleksinin mərkəzi olub. Lakin 1139-cu ildə baş verən zəlzələ tikilinin bir qisminin dağılmasına səbəb olub. Kilsədən təxminən 50-60 metr hündürlükdə 13-cü əsrə aid daha bir alban məbədi ucalır. Məbəd qərb bölgəsində ən böyük alban kilsəsidir. Tikilinin binası zanbaqvari xaçlarla bəzədilib. Ölçüləri isə standart məbədlərdən 3 dəfə böyükdür.[4]

Əhalisi 1273 nəfərdir.

Həmçinin bax

mənbəni redaktə et

Naviqasiya menyusu