Zuko

Zuko (çin. 祖寇 zǔ kòu və ya 蘇科 sū kè) — Avatar: Aanq haqqında əfsanə cizgi serialının, eyni adlı Netflix serialınınSonuncu hava maqı filminin əsas personajlardan biri; Korra əfsanəsi cizgi serialın personajı.

Zuko
'
Atəş (Od) Xalqı
Cinskişi
Yaş16 (Avatar: Aanq haqqında əfsanə)
87-90 (Avatar: Korra haqqında əfsanə)
MəşğuliyyətŞahzadə, Od Lordu
İlk gəlişiPilot seriyası
Səsli aktyorDante Basko
Elayca Rankorn
Brüs Deyvison
Stiven Fu
Vinsent Ton
AktyorDev Patel (2010 filmi)
Dallas Lyu (2024 serialı)
AiləsiOzay (atası)
Ursa (anası)
Azula (bacısı)
Ayro (əmisi)
Lu Ten (əmi oğlu)
İdzumi (qızı)
II Ayro (nəvəsi)
Axırıncı hava maqı filmində Dev Patel Zuko rolunda

Yaradılması və konsepsiyası

Seriala Zukonun əlavəsi icra prodüser Erik Kolmanın fikri idi. Erkən istehsal zamanı, baş antaqonist Od Lordu Ozay olmalı idi. Kolman isə məsləhət verib ki, onlara Avatar yığmasını təqib edən personaj lazımdır. Zuko əvvəl yetkin olmalı idi, amma Kolman onun yaşını azaldıb. Bundan sonra Brayan Konietzko ona çapıq vermək istəmiş və Kolman bununla razılaşıb. Beləliklə, serialın yaradıcıları Konietzko və DiMartino Kolmanı "Zukonun xaç atası" adlandırıb.[1]

Əlavə məlumatı verən Avatar Extras serialında deyilib ki, əvvəl Kataranın personajı Zukonu sevməli idi.[2] Lakin, DiMartino və Konietzko bunu inkar ediblər.[3][4] Zukonun şahzadə həyatından uzaqlaşması və qaçqın həyatını yaşaması Buddanın təcrübəsini əks etdirir.[2]

Xarici keçidlər

İstinadlar