Zoltan Layoş Bey

Zoltan Layoş Bey (24 iyul, 1900 Dyula - 4 oktyabr, 1992 Vaşinqton)[1]mikrodalğa texnologiyası, o cümlədən volfram lampalarını inkişaf etdirmiş macarıstanlı fizik, professor və mühəndis. O, Aydan radar əks-sədalarını müşahidə edən ikinci şəxs idi. 1930-cu ildən etibarən o, Segeda Universitetində nəzəri fizika professoru kimi işləməyə başladı.[2]

Zoltan Layoş Bey
mac. Bay Zoltán Lajos
Doğum tarixi
Doğum yeriDyula, Macarıstan
Vəfat tarixi (92 yaşında)
Vəfat yeriVaşinqton, ABŞ
Dəfn yeri
Vətəndaşlığı Macarıstan,  ABŞ
MilliyyətiMacarıstanlı
Elm sahələriFizik, ixtiraçı
İş yerləri
Təhsili
TanınırOrta elektron sürətləndirici[en] Radiolokasiya astronomiyası[en], metrin yeni təyini
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1923-cü ildə Tungsram Ltd.-də işıq mənbələrini, əsasən də elektrik lampaları inkişaf etdirmək üçün tədqiqat laboratoriyası yaradıldı.[1] Laboratoriyanın rəhbəri İqnas Pfayfer idi. Tədqiqat heyətinə isə Zoltan Beylə bərabər Tivadar Millner, İmre Brodi, Qyorq Sigeti, Ernö Vinter və başqaları daxil idilər.[1]

Qyorq Sigeti Zoltan Beylə birlikdə metal buxar lampaları və lüminessensiya işıq mənbələri üzərində işləyirdi. Onlar silisium karbiddən hazırladıqları "Elektrolüminissent işıq mənbələrinə" görə patent aldılar. Bu işıq mənbələri işıq diodlarının "əcdadları" hesab olunur.[1]

1955-ci ildə Zoltan Bey Milli Standartlar Bürosunda (hal-hazırda Milli Standartlar və Texnologiya İnstitutu adlanır) Nüvə Fizikası şöbəsinin rəhbəri oldu. Burada o, əvvəllər məlum olmayan ölçmə üsulu ilə işığın tezliyini və sürətini ölçmüşdür.[3] Zoltan Beyin tədqiqatları nəticəsində Beynəlxalq Çəki və Ölçülər Bürosu 1983-cü il konfransında Zoltan Bey tərəfindən tövsiyə olunmuş metrin yeni təyin olunmasını[4] standart kimi qəbul etmişdir. Zoltan Bey 72 yaşında təqaüdə çıxıb. 1981-ci ildə o, Macarıstan Elmlər Akademiyasına fəxri üzv seçilib.[2]

1998-ci ildə İsrail dövləti Dünya xalqları ədalətliləri arasında onu tanıdı və Yad Vaşemdə onun adını siyahıya saldı.[5]

İstinadlar

Xarici keçidlər