Zlata Filipoviç

Zlata Filipoviç (bosn. Zlata Filipović; 3 dekabr 1980[1], Sarayevo) — Bosniyalı yazıçı və tərcüməçi.

Zlata Filipoviç
bosn. Zlata Filipović
Doğum tarixi3 dekabr 1980(1980-12-03)[1] (43 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyətiyazıçı, tərcüməçi

Həyatı və əsərləri

1991-1993-cü illərdə yazılan və Bosniya müharibəsi hadisələrinin əks olunduğu "Gündəlik" əsəri (1994) ilə məşhurlaşmışdır. Əsər tez-tez Anna Frankın gündəliyi ilə müqayisə olunur.

1993-cü ildə Zlata ailəsi ilə birlikdə Fransaya köçə bildilər. 2001-ci ildə o, humanitar elmlər ixtisası üzrə Oksford Universitetini bitirdi, Dublində yaşayır. Onun redaktorluğu və ön sözü ilə Nyu Yorkda "Kəsilmiş səslər: Birinci Dünya və İraq müharibələrinə qədər yeniyetmə gündəlikləri" toplusu nəşr edildi (2006).

Tanınması

Gündəlik təlçə 1994-cü ildə bir neçə dəfə nəşr edildi və sonra 1995, 1998, 2004, 2006-cı illərdə ingilis dilində təkrar nəşr edilmişdir. O, fransız, alman, ispan, niderland, norveç, fin, macar, türk, çin, koreya dillərinə tərcümə edilmişdir. Soyqırıma həsr olunmuş ensiklopediya, müntəxəbat və antologiyalarda yer almışdır.

İstinadlar

Ədəbiyyat

  • Palisin V. Zlata’s diary: a child’s life in Sarajevo. Villa Maria: Center for Learning, 1996
  • Straub D.G., Browne R.B. Contemporary heroes and heroines. Detroit: Gale Research, 1998