Yuzef Lipski

Polşa diplomatı və siyasətçisi

Yuzef Lipski (pol. Józef Lipski5 iyun 1894[2][3], Vrotslav, Prussiya1 noyabr 1958[2][3], Vaşinqton) — Polşa diplomatı. 1934-1939-cu illərdə Almaniyada səfir vəzifəsində çalışmışdır və buna görə də İkinci Dünya Müharibəsindən əvvəl Polşanın xarici siyasətində mühüm rol oynamışdır.

Yuzef Lipski
pol. Józef Lipski
Polşanın Almaniyadakı səfiri
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriVrotslav, Sileziy]a, Prussiya krallığı, Alman İmperiyası
Vəfat tarixi (64 yaşında)
Vəfat yeriVaşinqton, ABŞ
Təhsili
Fəaliyyətisiyasətçi, diplomat, zabit
Elmi fəaliyyəti
Elm sahəsidiplomatiya[1], siyasət[1], Hərbi xidmət[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Diplomatik karyera

Lipski Lozanna Universitetində hüquq təhsili almışdır. Birinci Dünya Müharibəsi illərində Parisdəki Polşa Milli Komitəsinin hüquq bölməsində işləmişdir. 1919-cu ilin iyunundan 1922-ci il yanvarın 1-dək Polşa hökümətinin Londondakı nümayəndəliyinin katibi vəzifəsində çalışmışdır. Sonradan eyni funksiyanı ParisBerlində də icra etmişdir. 1925-ci ildən Polşa Xarici İşlər Nazirliyinin Qərb Siyasi İdarəsi rəhbərinin müavini, 1928-ci ildən şöbə müdiri işləmişdir. 1933-cü il iyulun 3-dən nazir-səfir, diplomatik nümayəndəlik səviyyəsi qalxdıqdan sonra 29 oktyabr 1934-cü il tarixindən - Polşanın Berlindəki fövqəladə və səlahiyyətli səfiri olmuşdur. Bu səlahiyyətdə o, 26 yanvar 1934-cü il tarixdə Konstantin fon Neyrat ilə hücum etməmək haqqında Alman-Polşa müqaviləsini imzalamışdı. Bu müqavilə Almaniyanın Avropa dövlətləri ilə imzaladığı bənzər paktlarından birincisi idi.

Emmi Zeneman-Görinq, Qerman Görinq, Yuzef Lipski, Karl Eduard və Yozef Gebbels Alman-Polşa İnstitutunun açılışında. 1935-ci ilin fevralı.

İkinci Dünya müharibəsi ərəfəsində

1938-ci il oktyabrın 24-də Hitlerin Berxtesqadendəki iqamətgahında Reyxin xarici işlər naziri İoahim fon Ribbentrop Lipskiyə Polşanın Almaniyanın azad Dansiq şəhərini ilhaq etməsinə razı olması tələbnaməsini təqdim etdi. Lipski dərhal buna qəti şəkildə etirazını bildirdi.

Almaniyanın Polşaya hücumundan bir neçə gün əvvəl, Lipski ingilis diplomatlarının təkidlərini qulaqardına vuraraq Ribbentropla görüşmək və Almaniyanın Polşaya olan son tələblərini dinləmək üçün yataqdan qalxmadı. A.C.P.Taylorun fikrincə bu vəziyyət Polşa Xarici İşlər Nazirliyinin tələblərini və istəklərini artırmaq üçün Hitlerin taktikasına münasibətini göstərir. Lakin buna baxmayaraq, artıq avqustun 31-də (yəni müharibə ərəfəsində) İngiltərənin təzyiqlərinə tab gətirməyən Lipski Ribbentropa zəng edərək onunla görüş istəmişdi. Lakin Ribbentrop Lipskinin Polşa hökümətinin səlahiyyətli nümayəndəsi kimi deyil, adi bir səfir kimi gələcəyini bildikdən sonra görüşdən imtina etdi. Ertəsi gün Almaniya Polşaya hücum etdi[4].

İkinci Dünya Müharibəsində iştirak

II Dünya Müharibəsinin başlaması ilə Lipski Fransaya getdi, burada o, I Polşa Qrenadyor Diviziyasına könüllü yazıldı. Kam-de-Koetkidan Kadet məktəbini bitirdikdən sonra piyada porutçik rütbəsində müharibədə iştirak etdi. 1941-ci il iyunun 26-da də Ali Baş Komandanın Kabinetində siyasi katib və hərbi işlər naziri (sürgündə olan Polşa hökuməti) olaraq təsdiqləndi [5]. İtaliyada döyüşlər zamanı, o, dostluq etdiyi Andersin ordusunda idi, tez-tez cəbhəyə yollanırdı və Ankonaya daxil olan ilk hərbçilərdən idi. 1945-ci il martın 19-da artıq mayor rütbəsində piyada zabitlərinin korpusundan süvari zabitlərinin korpusuna göndərilmişdir[6].

Müharibədən sonra

Hərbi xidməti başa vurduqdan sonra o, sürgündəki Polşa Qərb əraziləri Klubunun prezidenti idi. 1947-ci ildə sürgündəki Polşa hökumətini təmsil etdiyi ABŞ-a mühacirət etdi. Berlindəki missiyasının hesabatları Vaçlav Yendjeeviç tərəfindən nəşr edilmişdir.

Lipski və "yəhudi məsələsi"

1938-ci il sentyabrın 20-də Lipski Xarici İşlər Naziri Yozef Bekə Oberzalsberqdə Hitlerlə söhbəti haqqında raport göndərdi. Raportda o, bu söhbətdə Hitlerin "yəhudi məsələsini" qaldırdığını bildirmişdir. O dövrdə Hitler hələ yəhudilərin fiziki məhv edilməsi fikrindən uzaq idi və planlarını qondarma "Afrika layihəsi" (Uqanda planı) çərçivəsində həll etməyi düşünürdü (Afrikada yəhudi dövləti yaratmaq ideyaları). Birinci Dünya Müharibəsindən sonra itirilən Afrika koloniyalarının geri qaytarılması ilə bağlı Almaniyanın iddiaları ilə əlaqəli və aşağıdakı kimi tərtib edilmişdir:

Əgər Qərb dövlətləri tərəfindən Almaniyanın müstəmləkə məsələsində tələblərinə daha çox anlaşma göstərilsəydi onda bəlkə də, fürer yəhudi məsələsini həll etmək üçün Afrikada bir ərazi ayırardı və buraya yalnız Almaniya yəhudiləri deyil, həm də Polşa yəhudilərini köçürmək mümkün olardı[7].

Bu, Polşa hökumətinin 1935-ci ildən bəri Fransa hakimiyyəti ilə müzakirə etdiyi və Fələstin Sionistlərinin iştirakı ilə Polşa Yəhudilərinin Madaqaskara köçürülməsi planına uyğun idi. Lipski Hitlerin fikrinə dəstək nümayiş etdirmişdi. Lipski öz hesabatlarında yazırdı: "O, (yəni Hitleri) Polşa, Macarıstan və bəlkə də Rumıniya yəhudilərini uyğun olaraq koloniyaya köçərək "yəhudi məsələsi"nin həllini düşünürdü (burada ona cavab verdim ki, əgər bu məsələ həll edilərsə, ona Varşavada gözəl bir abidə qoyacağıq...)[8][9]".

Şəxsiyyətinə münasibət

Azad Dansiq şəhərindəki Millətlər Birliyi Komissarı Karl Yakob Burxardta görə, Lipski "o dövrdə Berlində ən məlumatlı səfirlərdən biri olmaqla yanaşı, Polşa-Alman kəşfiyyatının adamı idi" [10].

Lipski XXI əsrin əvvəllərindəki rus-polyak siyasi polemikasında

2019-cu il 19-24 dekabr tarixlərində Rusiya Prezidenti Vladimir Putin Polşa və Litvanın təşəbbüsü ilə Avropa Parlamentinin 2019-cu il 19 sentyabr tarixli qərarını tənqid etmişdir. Avropa Parlamentinin qəbul etdiyi "Avropanın gələcəyi üçün tarixi yaddaşın qorunmasının əhəmiyyəti haqqında" qərarda İkinci Dünya Müharibəsinin başlanmasının əsas səbəbi Molotov-Ribbentrop paktı göstərilmişdir. Putun Polşanın 1934-cü ildə Lipskinin səfir olduğu zaman baş verən Pilsudski-Hitler Paktını bağlayan ilk ölkələrdən biri olduğunu xatırlatmışdır. Putinin sözlərinə görə, Hitler Lipskiylə söhbətində "açıqca demişdir ki, yəhudiləri Afrikaya bir koloniyaya ... yox olmaq, məhv olmaq üçün göndərmək fikri var"[11]; Lipski isə, "antisemit əhval-ruhiyyəsində Hitlerlə tam həmrəy idi və üstəlik yəhudi xalqının təhqirinə görə Varşavada Hitlerə böyük abidə qoyacağına söz vermişdir". "Əclaf və antisemit donuz, başqa cür deyə bilmərəm" - deyə Lipski haqqında emosional şəkildə bildirmişdir[12]. Rusiya Yəhudi İcmaları Federasiyasının rəhbəri Aleksandr Boroda Putinin Lipski barədə dəyərləndirməni dəstəkləmişdir: "Çox səmimi və insani bir ifadədi... Rusiyanın yəhudi icması adından yalnız Polşanın 1930-1940-cı illərdə alman siyasətini dəstəkləməsi ilə bağlı yeni faktların dərcinə belə bir emosional və ədalətli reaksiya üçün dərin təşəkkürümüzü bildirə bilərik ”[13].

Qərbdə bu, "Avropa ilə söz savaşında həddin artması" olaraq qəbul edildi. Polşada Putinin açıqlamaları Rusiya prezidentinin başçılıq etdiyi polyakfobiya təbliğat kampaniyasının bir hissəsi kimi qəbul edildi. Həmçinin, Polşa onun müharibənin başlanmasında SSRİ-nin günahının azaldılması yolunda tarixi təhrif etmək cəhdlərinin tərkib hissəsi olaraq reaksiya verildi[14].[15].[16][17][18]. Eyni zamanda Putin bu sözləri ilə "yeni Polşa-Yəhudi qalmaqalına" cəhddə ittiham olundu.[19].

Polşa tarixçisi Kişiştof Rak, söhbətin (Putinin sözlərinin əksinə), Hitlerin 1938-ci ildə yəhudilərin fiziki məhv edilməsini planlaşdırmadığı haqqında ola biləcəyini bildirmişdir. Yalnız söhbətin yəhudilərin Afrika koloniyalarında məskunlaşmalarından getdiyini söyləmişdir [20]. Milli Yaddaş İnstitutunun tarixçisi Slavomir Senkeviş Lipskini "yaxşı diplomat" olaraq xarakterizə etmiş və Putinə ondan əl çəkməyi tövsiyə etmişdir [21]. .

Ədəbiyyat

  • Jozef Lipski. Diplomat in Berlin, 1933—1939: Papers and Memoirs of Jozef Lipski, Ambassador of Poland (англ.) / Editor: Waclaw Jedrzejewicz. — New York: Columbia University Press, 1968. — 679 p.

İstinadlar