Yunan soyqırımı

Yunan soyqırımı[1][2][3][4] və ya Osmanlı yunanlarının etnik təmizlənməsi[5][6][7][8] (yun. Γενοκτονία των Ελλήνων, Genoktonia ton Ellinon; türk. Rum soykırımı) — əsasən Birinci Dünya müharibəsi və ondan sonrakı dövrlərdə (1913–1923) Anadolunun xristian Osmanlı yunan əhalisinin dini və etnik mənsubiyyətinə görə sistematik şəkildə məhv edilməsi.[9] Bu, Gənc türklər üçlüyünün başçılıq etdiyi Osmanlı imperiyası hökuməti və Mustafa Kamal Atatürkün başçılıq etdiyi Böyük Millət Məclisi hökuməti tərəfindən[10] imperiyanın yerli yunan əhalisinə qarşı törədilmişdir. Soyqırımda qətliamlar, Suriya səhrasına ölüm yürüşləri kimi məcburi deportasiyalar, edamlar və şərqi ortodoks mədəniyyət, tarixi və dini abidələrinin dağıdılması halları baş vermişdir.[11] Yunan soyqırımı Pont yunan soyqırımını[12] (yun. Γενοκτονία των Ελλήνων του Πόντου) da özündə ehtiva edirdi. Bu dövrdə bir neçə yüz min Osmanlı yunanı həlak olmuşdur. Məcburi köçkünlərin və sağ qalanların əksəriyyəti Yunanıstana qaçmışdır.[13] Bəziləri, xüsusən də imperiyanın şərq vilayətlərində yaşayanlar qonşu Rusiya imperiyasına sığınmışdılar.

Yunan soyqırımı
Ümumi məlumatlar
Yeri
Tarix1913
Ölü sayı
  • 450.000
  • 900.000
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1922-ci ilin sonlarında Anadolu yunanlarının çoxu ya ölkədən qaçmışdı, ya da öldürülmüşdü.[14] Qalanlar 1923-cü ildə Yunanıstan və Türkiyə arasında əhali mübadiləsinin şərtlərinə əsasən Yunanıstana köçürülmüşdür. Bu, köçü rəsmiləşdirmişdi və məcburi köçkünlərin geri qayıtmasına mane olmuşdur. Yunanıstan,[15] Kipr,[16] ABŞ,[17][18][19][20] İsveç,[21][22] Ermənistan, Niderland,[23] Almaniya,[24][25] Avstriya[26]Çexiyanın[27][28][29] milli qanunverici orqanları Osmanlının bu kampaniyasını soyqırım kimi tanıyan qətnamələr qəbul etmişlər.

İstinadlar