Yunanıstan Avroviziya Mahnı Müsabiqəsində

Yunanıstan Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1974-cü ildə qoşulmuş və ümumilikdə 40 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə 1975, 1982, 1984, 1986, 19992000-ci illərdə müsabiqədə iştirak etməmişdir. Yunanıstan ilk dəfə 2005 Avroviziya Mahnı Müsabiqəsində Elena Paparizunun ifa etdiyi "My Number One" mahnısı ilə Avroviziyada qələbə qazanmışdır. Yunanıstan Avroviziyanın ən çox uğur qazanan ölkələrindən biri hesab olunur. Belə ki, ölkə 20-ci əsr boyunca müsabiqədə yalnız iki dəfə (19771992-ci illərdə) ilk beşliyə daxil olsa da, 21-ci əsrdə əldə etdiyi yüksək nəticələr sayəsində ümumilikdə altı dəfə ilk beşlikdə, 18 dəfə isə onluqda yer almışdır. 2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra Yunanıstan hər il müsabiqənin finalına vəsiqə qazansa da, ilk dəfə 2016-cı ildə ölkə təmsilçiləri yarımfinalda məğlub olmuşdur.

1974-cü ildə Avroviziyaya qoşulduqdan sonra növbəti il Yunanıstan Türkiyənin müsabiqəyə qoşulmasına etiraz olaraq Avroviziya 1975-də iştirakdan imtina etmiş və bunu türk ordusunun 1974-cü ildə Kipr adasına hərbi müdaxiləsi ilə əsaslandırmışdır. İlk dəfə 1978-ci ildə hər iki ölkə birlikdə Avroviziyada iştirak etmişdir. 1982-ci ildə Yunanıstanın müsabiqə üçün seçdiyi mahnı daha öncə səsləndirilmiş olduğu üçün Avropa Yayım İttifaqı ölkəni bir illik müsabiqədən diskvalifikasiya etmiş və Yunan telekanalı müsabiqə təşkilatçılarına cərimə ödəməli olmuşdur. Yunanıstan növbəti ildə müsabiqəyə geri dönmüşdür. Bundan başqa Yunanıstan 1984-cü ildə maliyyə çətinlikləri və 1986-cı ildə isə müsabiqənin dini bayramla üst-üstə düşməsi ilə əlaqədar olaraq Avroviziyada iştirakdan imtina etmişdir. Müsabiqədə son beş ildə göstərdiyi zəif nəticələr səbəbindən Yunanıstan eyni zamanda 1999-cu ildə Avropa Yayım İttifaqının qərarı ilə müsabiqədə iştirak etməmiş və növbəti ildə isə könüllü olaraq ölkə müsabiqəyə qatılmaqdan imtina etmişdir. Yunanıstan Avroviziyaya 2001-ci ildə geri dönmüş və indiyədək hər il müsabiqədə iştirak etmişdir.

1998-ci ildə müsabiqədə SMS səsverməsinin tətbiqindən sonra Yunanıstan hər il Kiprə, Kipr isə Yunanıstana maksimum xallarını vermişdir. Bu ardıcıllıq ilk dəfə 2015-ci ildə Kiprin Yunanıstana 8 xal, Yunanıstanın isə Kiprə 10 xal verməsi ilə pozulmuşdur.

Təmsilçilər

  Qalib
  İkinci yer
  Üçüncü yer
  Sonuncu yer
İl
Dil
Müğənni
Mahnı
Final
Yarım-final
Yer
Xal
Yer
Xal
1974YunancaMarinella"Krasi, Thalassa Kai T' Agori Mou"
(Κρασί, θάλασσα και τ' αγόρι μου)
117
Yarımfinal olmayıb
1976YunancaMariza Kox"Panayia Mou, Panayia Mou"
(Παναγιά μου, Παναγιά μου)
1320
1977YunancaPasxalis Arvanitidis, Marianna Toli,
Robert və Bessi
"Mathima Solfege" (Μάθημα σολφέζ)592
1978YunancaTania Tsanaklidu"Charlie Chaplin" (Τσάρλυ Τσάπλιν)866
1979YunancaElpida"Sokrati" (Σωκράτη)869
1980YunancaAnna Vissi"Autostop" (Ωτοστόπ)1330
1981YunancaYannis Dimitras"Feggari Kalokerino" (Φεγγάρι καλοκαιρινό)855
1983YunancaKristi Stassinopulu"Mou Les" (Μου λες)1432
1985YunancaTakis Biniaris"Miazoume" (Μοιάζουμε)1615
1987YunancaBang"Stop" (Στοπ)1064
1988YunancaAfroditi Frida"Clown" (Κλόουν)1710
1989YunancaMariana Efstratiu"To Diko Sou Asteri" (Το δικό σου αστέρι)956
1990YunancaXristos Kallou və Wave"Horis Skopo" (Χωρίς σκοπό)1911
1991YunancaSofia Vossu"I Anixi" (Η άνοιξη)1336
1992YunancaKleopatra"Olou Tou Kosmou I Elpida"
(Όλου του κόσμου η Ελπίδα)
594
1993YunancaKeti Ğarbi"Ellada, Chora Tou Fotos"
(Ελλάδα, χώρα του φωτός)
964
1994YunancaKostas Biğalis"To Trehandiri" (Το τρεχαντήρι)1444
1995YunancaElina Konstantopulu"Pia Prosefhi" (Ποια προσευχή)1268
1996YunancaMariana Efstratiu"Emeis Forame to Himona Anixiatika"
(Εμείς φοράμε το χειμώνα ανοιξιάτικα)
14361245
1997YunancaMarianna Zorba"Horepse" (Χόρεψε)1239
Yarımfinal olmayıb
1998YunancaThalassa"Mia Krifi Evesthisia"
(Μια κρυφή ευαισθησία)
2012
2001İngiliscə, YunancaAntique"(I Would) Die for You"3147
2002İngiliscəMixalis Rakintzis"S. A. G. A. P. O."1727
2003İngiliscəMando"Never Let You Go"1725
2004İngiliscəSakis Ruvas"Shake It"32523238
2005İngiliscəElena Paparizu"My Number One"1230
Birbaşa finalçı
2006İngiliscəAnna Vissi"Everything"9128
Ev sahibi-ölkə
2007İngiliscəSarbel"Yassou Maria" (Γεια σου Μαρία)7139
Birbaşa finalçı
2008İngiliscəKalomira"Secret Combination"32181156
2009İngiliscəSakis Ruvas"This Is Our Night"71204110
2010Yunanca, İngiliscəYorğos Alkayos ilə dostları"OPA!" (ΩΠΑ!)81402133
2011Yunanca, İngiliscəLukas Yorkas ilə Stereo Mike"Watch My Dance"71201133
2012İngiliscəElefteria Elefteriu"Aphrodisiac"17644116
2013Yunanca, İngiliscəKoza Mostra ilə Ağafon Yakovidis"Alcohol Is Free"61522121
2014İngiliscəFreaky Fortune ilə RiskyKidd"Rise Up"2035774
2015İngiliscəMariya Elena Kiriaku"One Last Breath"1923681
2016İngiliscə, YunancaArğo"Utopian Land"
Finala keçməyib
1644
2017İngiliscəDemi"This is Love"197710115
2018YunancaYanna Terzi"Oneiro Mou" (Όνειρο Μου)
Finala keçməyib
1481
2019İngiliscəKaterina Duska"Better Love"21745185

Səsvermə tarixi

Yunanıstanın ən çox xal verdiyi ölkələr
SıraÖlkəXal
1 Kipr283
2 Fransa145
3 İspaniya137
4 İrlandiya99
5 İtaliya95
Yunanıstanın ən çox xal aldığı ölkələr
SıraÖlkəXal
1 Kipr324
2 İspaniya125
3 Albaniya123
4 Böyük Britaniya120
5 Rumıniya107

QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.

Ev sahibliyi

İlŞəhərEv sahibiAparıcılar
2006AfinaOlympic Indoor HallMariya Menunos və Sakis Ruvas

Qalereya

Xarici keçidlər

Həmçinin bax