Yol (film, 2009)

Yol (ing. The Road) - Amerikan yazıçı Kormak MkKartinin eyni adlı Pulitzer mükafatlı romanı əsasında, rejissor Con Hillkat tərəfindən 2009-cu ildə çəkilən, ABŞ istehsalı olan film. Filmin ssenarisi Jo Penhall tərəfindən yazılmışdır. Əsas çəkilişlər Pensilvaniya, Luiziana, Qərbi Virciniya və Oreqon şəhərlərində aparılmışdır. Filmin baş qəhramanları, dünya film ulduzu Viqqo Mortensen (ata) və balaca aktyor Kodi Smit-McPheedir (oğul).

Yol
ing. The Road
JanrDram
RejissorJohn Hillcoat
ProdüserlərNik Ueşler
Stiv Şvarts
Paul Mae Şvarts
Əsərin müəllifiKormak MkKarti
Ssenari müəllifiJo Penhall
Baş rollardaViqqo Mortensen
Kodi Smit-McPhee
Robert Duvall
Şarliz Teron
Guy Pearce
BəstəkarlarNik Cave
Uarren Ellis
MontajçıCon Qreqori[d]
İstehsalçı2929 Entertainment
DistribütorThe Weinstein Company[d]
İlk baxış tarixi03 Sentyabr 2009
13 Sentyabr 2009
25 Noyabr 2009
Müddət111 dəqiqə
Büdcə$25.000.000 [1]
Gəlir$27.600.000 [1]
ÖlkələrABŞ ABŞ
Dilİngiliscə
İl2009
RəngRəngli
Çəkiliş yeriPitsburq
IMDbID0898367
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmun

Baş vermiş böyük fəlakət nəticəsində dünya məhv olmaqdadır. Bitkilər və heyvanlar hamısı ölmək və yox olma ərəfəsindədir. Güclü zəlzələlər və təbbi fəlakətlər baş verir. Bir ata və oğul dağılmaqda olan dünyada həyat mübarizəsi aparmaqdadılar. Fəlakətdən öncəki günlər əksəriyyət vaxt kişinin yuxularında öz əksini tapır. Ata və oğul, sağ qalmaq üçün insan yeyənlərdən və soyuq ərazilərdən qaçaraq daha uyğun bir yerdə məskunlaşacaqlarını ummaqdadırlar.

Kişinin oğlu fəlakətdən bir qədər sonra dünyaya gəlir. Qadın fəlakətin daha böyüyəcəyini və insan yeyənlərin onları da nə zamansa yeyəcəklərini düşünərək bütün ümidlərini itirir. Ailənin bir silahı və üç mərmisi var. Bu son qurtuluş kimi hesab olunsa da kişi hücum edən adamyeyənlərdən birini vurur. Bununla o arvadının təzyiqinə məruz qalır. Arvadı onu, üç mərmi ilə özünü, arvadını və oğlunu öldürməməsində günahlandırır. Daha sonra arvadı üzərindəki paltarların bəzilərini çıxararaq kişini və oğlunu ölümlə tərk etmək üçün qaranlıq və soyuq meşəyə doğru yol alır və bir daha gözə görünmür.

Ata və oğul sonu bilinməyən bir yola üz tuturlar. Kişi adamyeyənlərin birini də silahı ilə vurur və bir gülləsi qalır.

Rollarda

Filmdə yalnız bir nəfərin adı Eli olaraq göstərilir.

Aktyor/aktrisaRol
Viqqo MortensenKişi (ata)
Kodi Smit-McPheeOğlan (oğul)
Şarliz TeronQadın (kişinin arvadı, oğlanın anası)
Michael K. WilliamsOğru
Robert DuvallQoca kişi Eli
Guy PearceVeteran
Molly ParkerVeteranın arvadı
Garret DillahuntAdamyeyənlərdən biri

İstinadlar