Yeniqala burnu

Yeniqala burnu (ukr. Єнікале) — Kerç yarımadasının ucqar şimal-şərqində, Kerç şəhər sovetliyi ərazisində yerləşir. Sahillərini Kerç boğazının suları yuyur. Ərazisində Kerç şəhərinin mikrorayonlarından biri yerləşir.

Yeniqala burnu
Yerləşməsi
45°20′53″ şm. e. 36°36′14″ ş. u.
AkvatoriyaAzov dənizi
Ölkə Ukrayna
Yeniqala burnu xəritədə
Yeniqala burnu
Yeniqala burnu

Şərq sahilləri sıldırımlı, qərb sahillərini isə hamardır. Sahil sularında sualtı və üstü daşlara rast gəlinir.

Ərazisində tarixi abidə olan Yeniqala qəsr kompleksi və gəmi təmiri zavodu vardır. Ərazisindən dəmir yolu keçir.