Yekaterina Sarıyeva

Yekaterina Sarıyeva (d. 18 dekabr 1995; Bakı, Azərbaycan) — Azərbaycanlı yüngül atlet.

Yekaterina Sarıyeva
Şəxsi məlumatlar
Tam adıYekaterina Sarıyeva
VətəndaşlığıAzərbaycan Azərbaycan
Doğum tarixi (28 yaş)
Doğum yeriBakı, Azərbaycan
İdman növüYüngül atletika

Karyerası

Yekaterina Sarıyeva 2013-cü ildə Azərbaycan bayrağı altında III İslam Həmrəyliyi Oyunlarına qatıldı. Üçtəkanla tullanma yarışlarının final mərhələsində o, 13.28 metr nəticə ilə 1-ci yeri tutdu və III İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu.

Yekaterina Sarıyeva 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Uzunluğa tullanma yarışlarının final mərhələsində o, 5.27 metr nəticə ilə 9-cu yeri tutdu. Üçtəkanla tullanma yarışlarının final mərhələsində isə o, 12.81 metr nəticə ilə 3-cü yeri tutdu və IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu.

İstinadlar