Yatmaq vaxtıdır (cizgi filmi, 1984)

Yatmaq vaxtıdır
Janrkomediya
musiqili
uşaq
RejissorArif Məhərrəmov
Ssenari müəllifiDinarə Seyidova
OperatorRamiz Ağayev
BəstəkarMobil Babayev
RəssamYelena Qolubeva
İstehsalçı"Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi1984
Filmin növüqısametrajlı cizgi filmi
Müddət8,5 dəq.
ÖlkələrSSRİ SSRİ
Dillərrusca (mətnsizdir, titrlər ruscadır)
Texniki məlumatlar1 hissə
241 metr
35 mm
Rəngrəngli

Məzmun

Cizgi filmi uşaqların düzgün tərbiyəsi probleminə toxunmuşdur. Kinolentdə ailələrdən birində valideynlərin uşaqla dil tapa bilməməsi öz əksini tapmışdır.

Əsəbi vəziyyət, yuxusuz gecə-valideynlərin düzgün hərəkət etməmələrinin nəticəsidir. Yalnız balaca qız-çığır-bağır salan uşağın bacısı onu başa düşür. O, heç bir çətinlik çəkmədən, səs-küysüz balacaya adi əmzik verir, uşaq sakitləşir.

Cizgi filmi körpə yaşlarından uşaqlarını yeni dəblə tərbiyə edən bəzi valideynlərin sonradan peşimançılıq çəkmələrindən danışır. Burada müəlliflər qarşıya belə bir sual qoyurlar: müasir ailədə kim-kimi tərbiyə edir: böyüklər uşaqları, yoxsa əksinə?..

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifi: Dinarə Seyidova
Rejissor: Arif Məhərrəmov
Quruluşçu rəssam: Yelena Qolubeva
Operator: Ramiz Ağayev
Bəstəkar: Mobil Babayev
Səs operatoru: Nataliya Nuriyeva (Natalya Nuriyeva kimi)
Cizgi rəssamı: Vaqif Məmmədov, Rauf Dadaşov, Bəhmən Əliyev, Vahid Talıbov, Arifə Hatəmi, Nigar Nərimanbəyova
Assistent: Z. Rəhimova, Ziya Xəqani, Elman Mirzəyev
Montaj edən: Nailə Dadaşova
Redaktor: Çingiz Qaryağdı, A. Vəliyeva
Filmin direktoru: Faiq Abdullayev

Mənbə

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.

Xarici keçidlər