Yari Litmanen

Yari Litmanen (20 fevral 1971[1][2][…], Lahti[d]) ― Finlandiya keçmiş futbolçusu. Ayaks, Barselona, Liverpul kimi komandaların formasını geymişdir. 2005 ildə son 50 ilin ən yaxşı Finlandiyalı fubolçusu seçilib.

Yari Litmanen
Ümumi məlumatlar
LəqəbiLitti, Kuningas[3][4]
Doğum tarixi20 fevral 1971(1971-02-20)[1][2][…] (53 yaş)
Doğum yeri
VətəndaşlığıFinlandiya Finlandiya
Boyu180 sm
Çəkisi76 kq
Mövqeyiyarımmüdafiəçi
Klub haqqında məlumat
KlubKariyerasını başa vurub
Karyerası
Gənclik karyerası
1977—1987Finlandiya Reypas Laxti
Klub karyerası[* 1]
1987—1990Finlandiya Reypas Laxti86 (28)
1991Finlandiya HJK Helsinki27 (16)
1992Finlandiya MüPa-4718 (7)
1992—1999Niderland Ayaks159 (91)
1999—2001İspaniya Barselona21 (3)
2001—2002İngiltərə Liverpul26 (5)
2002—2004Niderland Ayaks20 (5)
2004Finlandiya Laxti11 (3)
2005Almaniya Hanza Rostok13 (1)
2005—2007İsveç Malmö10 (3)
2008İngiltərə Fulhem0 (0)
2008—2010Finlandiya Laxti40 (10)
2010—2011Finlandiya HJK Helsinki18 (1)
Milli yığma[* 2]
1989—2010Finlandiya Finlandiya137 (32)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk dövrlər

İlk dəfə futbola Reypas klubunuda başlayan Yari 1992-ci ildə Ayaksın məşqçisi tərəfindən kəşf edilir və Ayaksın cavanlar klubuna daxil olur. Kiçik yaşlarından futbola olan marağı onu futbolunu daha da profesyonallaşdırmağa meyl etdirir. Bir mövsüm Ayaksın cavanlar klubunda oynadıqdan sonra 1993-cü ildə məşqçi Luiz Fan Qaal Litmaneni əsas heyətə daxil edirdi.

Ayaks

1994-cü ildə Ayaksın əsas heyətinə daxil olan Litmanen ilk maçtlardan öz oyununu Fan Qaala bəyəndirə bilir və nəticədə Litmanen Ayaksın "10" nömrəli formasına və 11 nəfərlik əsas heyətin dəyişilməz adamlarından birisi olur. 1994-95 mövsümündə Ayaks, çempionlar liqası, Hollandiya çempionatı və Hollandiya kubokunda mübarizə aparırdı. Heyətində Patrik Kluvert, Klaren Sidorf, Mark Overmars, Edvin Van Der Saar kimi futbolçular olan Ayaks, 1994-95 mövsümünü; Çempionlar Liqası, Hollandiya çempionatı və kuboku, Avropa super kuboku, UEFA Qitələrarası kubokları ilə başa vurur. Litmanen isə ümumiliklə 42 oyunda 27 top vuraraq komandasının bu möhtəşən kubok seriyasını qazanmasında böyük rol oynayırdı. Bir sonraki il çempionlar liqasında 9 qol vuraraq bombardir olur. Bu Finlandiya futbol tarixi üçün də bir ilk idi. Yari Litmanen çempionlar liqasını, və çempionlar liqasında bombardir olmuş ilk finlandiyalı futbolçudur.

Ayaksdan ayrılması

1999-cü ilə çatılmışdı artıq, Litmanen geridə qalan 7 mövsümdə Ayaksa 4 liqa, 3 kubok, 1 çempionlar liqası və daha neçələrlə kubok qazandırmışdı. Ancaq artıq ayrılıq zamanı idi. Luiz Fan Qaal, Barselonanın məşqçisi olmuşdu. Litmanen də onu kəşf edən məşqçi ilə 1999-cu ildə Barselonaya ödənişsiz transfer oldu. Ancaq Barselonada istədiyi futbolu oynaya bilmədi. Tez-tez zədələnir oyunlardan və məşqlərdən çox geri qalırdı. Bunun nəticəsi kimi 2001-ci ildə Litmanen, Liverpula transfer oldu. Liverpulda yaxşı oyun oynayan Litmanen sezonu yene kubokla bitirməyi başardı. Liverpul 2001-ci ilin UEFA Kubokuna sahib oldu.

Ayaksa qayıdış

Litmanen 2002-ci ildə yenidən Ayaksa geri dönür, Ayaksa tərəfdarları onu böyük sevgi ilə qarşılayırlar. Litmanen 2004-cü ilə qədər Ayaksda qalır. Litmanenin 2-ci Ayaks macərasında ağıllarda Romaya attığı qol qaldı.

Yenidən Lahtidə

2004-cü ildə Litmanen ilk futbola başladığı kluba – Lahtiyə qayıdır. Bir il bu komandada qaldı.

Almaniya səfəri

Lahtidəki futbolu alman klubu Hanza Rostokun diqqətini cəlb edir və 2005-ci ilin qış dövründə Litmanen Hanza Rostok ilə bir il yarımlıq müqavilə imzalayır. Ancaq çempionatın sonunda Hanza Rostok ikinci diviziyada mübarizə aparmaq məcburiyyətində qalır. Litmanen isə Hanzadan ayrılır.

Litmanen İsveçdə

Litmanenin budəfəki səfəri isə İsveçə olur. Birici diviziya klublarından Malmö ilə iki illik müqavilə imzalayır. Litmanen burada yaxşı futbol nümayiş etdirir.

Fulhem macərası

2007-ci ildə Litmanen Malmödən ayrılır. Bir il klubsuz qaldıqdan sonra keçmiş Finlandiya məşqçisi Roy Hocson, onu Fulhemə dəvət edir. Litmanen Fulhem forması ilə şəkil də çəkdirir. Ancaq son anda Fulhem rəhbərliyə onunla futbolçu kimi yox, məşqçi kimi müqavilə bağlamaq niyətlərinin olduğunu açıqlayır. Litmanen isə bir neçə il daha futbol oynamaq istədiyi deyir. Və Fulhemin təklifini qəbul etmir.

3-cü dəfə Lahtidə

Fulhem ilə razılaşa bilməyən Litmanen, köhnə klubu Lahti ilə üçüncü dəfə müqavilə imzalayır. Litmanen 2010-cu ilə qədər bu klubda qalır. Əlindən gələni etsə də, klubu 2-ci diviyaya düşməsinə maneə ola bilmir. Üçüncü Lahti səfərindən ağıllarda qalan ən əsas qol isə Litmanenin başı üzərindən vuruduğu qol oldu.

40 yaşında HJK-da

Litmanen 2011-ci ilin aprel ayında 1991-ci ildə oynadığı HJK Helsinki klubu ilə 1 illik müqavilə imzalayır. Litmanen 2011 Finlandiya 1. Liqa mövsümündən sonra başqa heç bir peşəkar futbol matçına çıxmamış və 2015-ci ildə yayımlanan bioqrafik kitabında karyerasını bitirdiyini elan etmişdir.

Kuboklar

  1. Finlandiya Kuboku – 1992
  2. Hollandiya Ligası (Everdivizie) Çempionu – 1994, 1995, 1996, 1998, 2004
  3. Hollandiya Kuboku – 1993, 1998, 1999
  4. Hollandiya Super Kuboku – 1993, 1994, 1995
  5. İngiltərə Super Kuboku – 2001
  6. İngiltərə Federasiya Kuboku (FA Cup) – 2001
  7. Vortington Kuboku – 2001
  8. Çempionlar Liqası1995
  9. UEFA Kuboku – 2001
  10. Avropa Super Kuboku – 1995, 2001
  11. Qitələrarası Kubok – 1995

Şəxsi nailiyyətlər

  1. Finlandiyada İlin futbolçusu – 1990, 1992, 1993, 1994, 1995, 1996, 1997, 1998, 2000
  2. Finlandiya Çempionatıinda İlin futbolçusu – 1990
  3. Finlandiyada İlin idmançısı – 1995
  4. Hollandiyada İlin futbolçusu – 1993
  5. Dünyanın ən yaxşı futbolçusu sıralamasında 8-ci – 1994
  6. Dünyanın ən yaxşı futbolçusu sıralamasında 3-cü (1-ci Veah) – 1995
  7. Hollandiya çempionatının bombardiri – 1993-1994
  8. Çempionlar Liqası bombardiri – 1995
  9. Finlandiya millisinin ən çox forma geyən futbolçusu
  10. Finlandiya millisinin ən çox qol vuran futbolçusu

Xarici keçidlər

  1. Big article, photos and interview with Jari Litmanen (Russian)
  2. Yari Litmanenin Səhifəsi
  3. Yari Litmanen Video Arxivləşdirilib 2011-08-02 at the Wayback Machine
  4. Yari Litmanen Eurosport Profil
  5. Yari Litmanen
  6. Yari Litmanen Fulhamda Arxivləşdirilib 2008-07-24 at the Wayback Machine
  7. Yari Litmanen SkySports
  8. Liverpul Yari Litmanen Profil
  9. Yari Litmanen Gollar Video
  10. Yari Litmanen Hollandca Səhifəsi
  11. Jari Forever
  12. Yari Litmanen Ayaks Amsterdam Arxivləşdirilib 2009-04-29 at the Wayback Machine
  13. Kopnet.co.uk Yari Litmanen
  14. Personel letter from jari Arxivləşdirilib 2006-05-13 at the Wayback Machine
  15. Yari Litmanen FF Malmö profil
  16. Yari Litmanen ingiliscə intervi
  17. Yari Litmanen ajax-usa.com
  18. Yari Litmanen karyera statistikası
  19. Yari Litmanen Malmö Barselona Liverpul Ayaks golları[ölü keçid]
  20. Yari Litmanen Liverpul Səhifəsi
  21. Speedy Lock ensiklopediyası