Yakup Taş

Yakup Taş (16 iyun 1959, Adıyaman7 fevral 2023, Adıyaman ili) – Türkiyə siyasətçisi və iş adamı. 2018-ci ildə Ədalət və İnkişaf Partiyasının üzvü kimi Adıyamandan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilmişdi. Təsərrüfat, Meşə və Kənd İşləri Komissiyasının üzvü idi.[1]

Yakup Taş
türk. Yakup Taş
Türkiyə Böyük Millət Məclisinin 27-ci çağırış deputatı
7 iyul 2018 – 7 fevral 2023
Şəxsi məlumatlar
Doğum tarixi16 iyun 1959(1959-06-16)
Doğum yeri
Vəfat tarixi7 fevral 2023(2023-02-07) (63 yaşında)
Vəfat yeri
Vəfat səbəbiTürkiyə–Suriya zəlzələsi (2023)
Dəfn yeri
Partiya
Fəaliyyətisiyasətçi

Həyatı və karyerası

1959-cu ildə Adıyamanda doğulmuşdur. Adıyamanda kənd təsərrüfatı və ticarət sahələrində fəaliyyət göstərmişdir. Adıyaman İdman Klubunun prezidenti və Adıyaman Kənd Təsərrüfatı Otağının sədri olmuşdur.[2] 2018-ci ildə baş tutmuş seçkilərdən sonra Ədalət və İnkişaf Partiyasının Adıyaman təmsilçisi kimi Türkiyə Böyük Millət Məclisinin deputatı seçilmişdi.

Ölümü

2023-cü ildə baş vermiş Türkiyə–Suriya zəlzələsində bina dağıntılarının altında qalaraq ölmüşdür.[2] Adıyamanda dəfn olunmuşdur.[3]

Şəxsi həyatı

Evli və altı uşaq atası idi.[2]

İstinadlar