Xumar Qədimova

Azərbaycan müğənnisi

Xumar Qədimova (1 fevral 1966, Qazax rayonu) — Azərbaycanlı estrada müğənnisi, bəstəkar, Azərbaycanın əməkdar artisti (2017).

Xumar Qədimova
Ümumi məlumatlar
Doğum adıXumar İttifaq qızı Qədimova
Doğum tarixi1 fevral 1966(1966-02-01) (58 yaş)
Doğum yeri
Vətəndaşlığı
Milliyyətiazərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyətimüğənni, bəstəkar
Mükafatları"Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2017

Həyatı

Xumar Qədimova 1966-cı il aprelin 26-da Qazax rayonunda anadan olub. 1983–1987-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda "Kütləvi tamaşalar rejissoru" ixtisası üzrə təhsil alıb. Ali təhsil aldıqdan sonra bir müddət Dənizkənarı Bulvarda administrator kimi çalışıb. Daha sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda çalışıb. 1997-ci ildə sənət yaradıcılığına başlayıb.

Bu günə kimi 100-dən çox musiqi əsərləri səsləndirib, Azərbaycan ədəbiyyatının klassiklərinin və Nazim Hikmət, Yunus Əmrənin şeirlərinə mahnılar bəstələyib və ifa edib. 2007-ci ildə Türkiyənin Maslak şəhərində yerləşən TİM konsert sarayında "Bir Can Turkiyə-Azərbaycan" adlı solo konsertlə çıxış edib.

Eyni zamanda Xumar Qədimovanın bəstələdiyi mahnıları Türkiyənin məşhur müğənnisi Kibariye, Yıldız Tilbe və başqaları ifa edib.

3 mart 2017-ci ildə Azərbaycan Respublikasında mədəniyyət sahəsindəki səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1]

Klipləri

SayAd
01İsa Bulağı
02Unuda Bilmirəm
03Yandım, Elə Yandım
04Ay İnsafsız, Bu Sənsənmi?
05Gələcəyəm, Gəl Desən
06Ayrılıq
07Sərxoş
08Azadlıq Həsrəti
09Məktub
10Miyanə Gözlər
11Döz
12Sənsiz Necə Yaşayaram?
13Böyle Ayrılık Olmaz
14Gəl İnad Etmə
15Mənim Gülüm
16Küsmərəm
17Yarım
18Sevgi Harayı
19Əl-Ələ Tut, Gedək
20Neylərəm
21Satar-Satar
22Bu Xumar ft. Aslixan
23Giderim ft. Akrep
24Ayrıldıq
25Sevgilim
26Unutamam Asla Seni
27Sevdim Səni ft. Sheikh

İstinadlar