Xuan Manuel Santos

Xuan Manuel Santos (isp. Juan Manuel Santos Calderón) - Kolumbiya Respublikasının 32-ci prezidenti, keçmiş Milli MüdafiəXarici ticarət naziri. Xuan Manuel Santos 2010-cu ilin 7 avqust tarixindən etibarən prezidentlik səlahiyyətlərini icra etməkdədir. Manuel Santos ölkəsində 60 ildən çox davam etməkdə olan vətəndaş müharibəsini yekunlaşdırılması üçün gördüyü işlərə görə 2016-cı ildə Nobel sülh mükafatını layiq görülmüşdür.[1]

Xuan Manuel Santos
isp. Juan Manuel Santos Calderón
bayraq
Kolumbiya Respublikasının 32-ci prezidenti
bayraq2
ƏvvəlkiAlvaro Uribe Veles
Milli Müdafiə Naziri
19 iyul 2006 – 18 may 2009
Şəxsi məlumatlar
Doğum tarixi (72 yaş)
Doğum yeriBoqota, Kolumbiya
Partiya
TəhsiliLondon Siyasi Elmlər Məktəbi
Harvard Universiteti
Fəaliyyətisiyasətçi, jurnalist, iqtisadçı, vəkil
Həyat yoldaşıMaria Klemenzia Munera
UşaqlarıMartin
Maria Antonio
Esteban
DiniRoma-Katolik kilsəsi

TəltifləriNobel mükafatı Nobel sülh mükafatı (2016)
İmzanın şəkli
juanmanuelsantos.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəaliyyəti

1991-ci ildə prezident Sezar Qaviriya dövründə Xarici ticarət naziri olmuşdur. 1992-ci ildə dörd il müddətinə 7-ci Birləşmiş Millətlər Ticarət və İnkişaf Konfransı başçısı vəzifəsinə təyin edilmişdir. 1999-cu ildə Latın Amerika və Karib (Latın Amerika Ölkələri İqtisadi Komissiyası) Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası başçısı vəzifəsinə təyin edildi və 2001-2002-ci illər ərzində Afrika Futbol Konfederasiyası direktoru vəzifəsində çalışmışdır.[2]

20 İyun 2010-cu il seçkilərində ikinci turdan sonra Xuan Manuel Santos rəsmən Kolumbiya prezidenti seçilmişdir. 7 avqust 2010-cu ildən artıq öz prezident fəaliyyətinə başlamışdır.[3]

Manuel Santos ölkəsində 60 ildən çox davam etməkdə olan vətəndaş müharibəsini yekunlaşdırılması üçün gördüyü işlərə görə 2016-cı ildə Nobel sülh mükafatını layiq görülmüşdür.[1]

Ailəsi

Santos Kolumbiyanın yüksək təbəqəli ailələrindən birində dünyaya gəlmişdir. Onun böyük əmisi Eduardo Santos 1938-ci ildən 1942-ci ilə qədər Kolumbiya prezidenti və ölkənin öndə gedən qəzeti "El Tiempo"nun sahibi və idarəçisi idi.[4] Atası Enrike Santos Castillo qəzetin redaktoru olaraq 50 il çalışmışdır. Əmisi oğlu Fransisko Santos ölkənin prezidenti olaraq Alvaro Uribenin iki dövr boyunca prezident köməkçisi vəzifəsində çalışmışdır. Xuan Manuel Santos Mariya Klemensiya Rodriqez (Tutina) ilə evlidir. Martin, Mariya Antoniya və Esteban adlı üç uşaqları var.[5][6]

İstinadlar

Xarici keçidlər