Xorvatiyada turizm

Xorvatiyada turizm - turizm Xorvatiya iqtisadiyyatının əsas aparıcı sahələrindən biri.

Makarska çimərliyi

Ümumi məlumat

Plitvis gölü

Ölkənin əsas turistik bölgərindən biri Adriatik dənizi sahilləridir. Burada Xorvatiyaya məxsus olan çoxlu adalar vardır. Bu adalar yumşaq iqlimi ilə seçilir. Üstəlik uzun qumlu çimərliklərə sahibdirlər. Sahil ərazisi Vindsörfinq, Dayvinq və Yelkənli idman həvəskarları arasında məşhurdur. Dənizdən kənarda isə əsasən Zaqreb, Varajdin kimi şəhərlər özünün borokko stilli tikililəri ilə turistləri özünə cəlb edir.

Yeddi obyekt YUNESCO Ümumdünya irsi siyahısına daxildir. Üstəlik 15 obyekt siyahıya namizəddir. Ölkədə 8 milli park və 11 təbiət parkı vardır. Xorvatiya müharibəsi bitdikdən sonra XX əsrin 90-cı illərindən 2008-ci ilə qədər burada turizm inkişaf etdirilmişdir. Dünya iqtisadi böhranı zamanı turistlərin sayında azalma baş vermişdir. 2011-ci ildən isə böhranın təsirində azalma baş vermişdir. 2012-ci ildə ölkəni 11 mln 835 min turist ziyarət etmişdir. Bu ölkə tarixinin rekord nəticəsidir. 2013-cü ildə ölkəni 10 mln 948 min, 2014-cü ildə isə 11 mln 624 min[1] turist ziyarət etmişdir

Turistlərin statistikası

Braç adası
Zaqreb
Çimərlik
Korçula şəhəri

Turistlərin sayı

Ölkəyə daxil olan turistlərin illərə görə sayı (mln. nəf.)[2][3][4]:

  • 1999 5,127
  • 2000 7,137
  • 2001 7,860
  • 2002 8,320
  • 2003 8,878
  • 2004 9,412
  • 2005 9,995
  • 2006 10,385
  • 2007 11,162
  • 2008 11,261
  • 2009 10,935
  • 2010 10,604
  • 2011 11,456
  • 2012 11,835
  • 2013 10,948
  • 2014 11,624

Ölkə

20 ölkədən daxil olan turistlər (2011—2012)[5]:

Ölkə2011 — min. nəf.2012 — min. nəf.
Almaniya16611853
Sloveniya11001055
İtaliya11501050
Avstriya892946
Çexiya638647
Polşa495544
Fransa394418
Slovakiya335337
Niderland287335
Macarıstan328308
Böyük Britaniya256307
Bosniya və Herseqovina223230
Rusiya182196
İsveçrə161176
ABŞ151173
İspaniya221166
Yaponiya132155
Belçika120137
İsveç122135
Norveç92102

Mənbə

İstinadlar