Xocavənd (Ağcabədi)

Ağcabədi rayonunda kənd

XocavəndAzərbaycan Respublikasının Ağcabədi rayonunun Xocavənd kənd inzibati ərazi dairəsində kənd.[2] Qarabağ düzündədir[3].

Xocavənd
40°02′07″ şm. e. 47°25′19″ ş. u.
Ölkə Azərbaycan
RayonAğcabədi rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi3.527 nəfər
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksiAZ0417[1]
Xocavənd xəritədə

Tarixi

Elmi ədəbiyyatda Xocavənd sözünün mənası " Xocalı nəsli" deməkdir. Vaxtilə bu ərazidə Xoca adlı bir şəxs, ilk sakin yaşamış, ərazidən keçən Qarqar çayının qarşısına bənd vurdurmuşdur. Ona görə bu yerlər Xocabənd, sonralar təhrif olunuraq Xocavənd adlanmışdır. Kəndin yaşayış məskəni kimi mövcudluğu XVIII əsrin birinci yarısına kimi qeyd olunur.

Əhalisi

Xocavənd kəndinin ərazisi 23.4 km² olmaqla əhalisi 3527 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır[4]

Toponimikası

Xocavənd oykonimini müxtəlif prizmalardan izah edən araşdırıcılar vardır. Keçmişdə mədrəsə təhsili almış şəxslər, din xadimləri və başqaları xoca adlanırdı. Türklər indi də müəllimə xoca deyir. Orta əsrlərdə iri ticarətlə məşğul olan alverçilərə, tacirlərə xoca deyilirdi. iran dillərindəki vənd sözü "uşağı, nəsli, törəməsi" anlamındadır.[5]

İstinadlar