Xiaomi

Xiaomi — mərkəzi ofisi Pekində yerləşən özəl elektronika şirkətidir.

Xiaomi Inc.
小米科技
Ümumi məlumatlar
TipiÖzəl şirkət
Sənayeelektron qurğular[1], məişət texnikası, mobil telefon
Məhsulu

Mobil telefonSmartfon

Planşet

Ağıllı ev texnologiyaları
Təsis tarixi6 aprel 2010 (14 il əvvəl) (2010-04-06)
Baş qərargahın yeriÇin, Pekin
İqtisadi göstəriciləri
Ümumi aktivlər
  • 253.679.823.000 ¥ (2020)
Ümumi gəliri 20 milyard US$ (2015)
Xalis mənfəəti
  • 13.478.000.000 (2018)
Əməliyyat mənfəəti
  • 20.000.000.000 $
Struktur
İşçi sayıTəxmini olaraq 18.170
TərəfdaşlarRedmi
Rəhbərlik
TəsisçiLei Jun
mi.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şirkət dünyanın 4-cü[2] ən böyük smartfon istehsalçısıdır. Xiaomi smartfonlar, mobil tətbiqlər, dizüstü kompüterlər və bir çox istehlakçı elektronika məhsullarını hazırlayır, təkmilləşdirir və satışını həyata keçirir.

Şirkətin qurucusu və CEO-su Forbesin məlumatlarına görə Çinin ən varlı 23-cü şəxsi Lei Jun'dur. Şirkət 2014-cü ildə 60 milyondan çox cihaz satıb[3].

Şirkətin böyük bir hissəsi Çin, MalayziyaSinqapurdan olan 18.000-dən çox işçisi var. İndoneziya, Filippin, CARBraziliyada işçilərinin sayı artmaqdadır.

Tarix

Xiaomi 2010-cu il 6 apreldə 8 əməkdaş tərəfindən qurulub. 2011-ci ilin avqust ayında ilk smartfonunu satışa çıxaran şirkət bundan sonra Çində böyük bazar payı qazandı. Sonralar ağıllı ev(IoT) cihazları ekosistemi də daxil olmaqla geniş çeşiddə məhsulların istehsalına başlandı.

International Data Corporation tərəfindən açıqlanan məlumata görə, 2014-cü il oktyabrda Xiaomi, SamsungApple-dan sonra dünyanın 3-cü[4] ən böyük smartfon istehsalçısı oldu. İDC hesabatına görə Xiaomi, 2014-cü ildə Çinin ən böyük smartfon satıcısına çevrildi və Samsungu keçdi.

Xiaomi, dekabr 2014-ün sonunda, investorlardan 1,1 milyard ABŞ dolları məbləğində investisiya aldıqdan sonra, dünyanın ən dəyərli texnika mərkəzlərindən biri oldu və şirkətin dəyəri 46 milyard ABŞ dollarını keçdi[5]. Xiaomi, 2014-cü il iyul ayında flipkart.com vasitəsilə Hindistan bazarına da daxil oldu.

Həmçinin bax

İstinadlar