Xarici yuxu arteriyası

Xarici yuxu arteriyası (lat. arteia carotis externa) ümumi yuxu arteriyasının bir şaxəsi olub, ondan qalxanabənzər qığırdağın üst kənarı bərabərliyindən başlanğıc götürərək, döş-körpücük-məməyəbənzər əzələnin ön kənarı ilə yuxarıya döğru gedərək yuxu üçbucağına çatır, buradan çənəarxası çuxura keçərək qulaqaltı vəzinin kütləsini keçir və çənə boynu arxasında 3 şaxəyə ayrılır: səthi gicgah arteriyası — lat. a. temporalis superficialis və əng arteriyası — lat. a. maxillaris. Başlanğıcda daxili yuxu arteriyası daxili yuxu arteriyasından işəri tərəfdə yerləşsə də sonradan yuxarı doğru getdikcə bayır tərəfinə keşərək ondan bizəbənzər çıxıntı, biz-udlaq — lat. m. stylopharyngeus və biz-dil əzələləri — lat. styloglossus vasitəsilə ayrılır.

Xarici yuxu arteriyası
Şəkil
Şəkil
Boyun arteriyaları (sağ tərəf): ümumu yuxu arteriyası, xarici yuxu arteriyası və onun şaxələri.
Latıncaarteria carotis externa
Qreysubyekt 144 551
BaşlanırÜmumi yuxu arteriyası
Şaxələri
  • yuxarı qalxanabənzər arteriyası,
  • dil arteriyası,
  • üz arteriyası,
  • udlağın qalxan arteriyası,
  • ənsə arteriyası
  • qulaq seyvanının dal arteriyası,
  • əng arteriyası
  • səthi gicgah arteriyası
Venadaxili vidaci vena
MeSHCarotid+Artery,+External
Dorlands/Elsevier    12153668

Şaxələri

Xarici yuxu arteriyası boyunun yuxarı qabaq nahiyəsinə, üzə və kəllənin divarlarına məxsus növbə ilə 9 şaxə verir:

  1. lat. arteria thyreoidea superior — yuxarı qalxanabənzər arteriya;
  2. lat. arteria lingualis — dil arteriyası;
  3. lat. arteria fascialis — üz arteriyası;
  4. lat. ramus sternocleidomastoideus — döş körpüçük-məməyəbənzər şaxə;
  5. lat. arteria occipitalis — ənsə arteriyası;
  6. lat. arteria auricularis posterior — qulaq seyvanının dal arteriyası;
  7. lat. arteria pharyngea ascendeus — udlağın qalxan arteriyası;
  8. lat. arteria temporalis superficialis — səthi gicgah arteriyası;
  9. lat. arteria maxillaris — əng arteriyası.

İstinadlar