Xanlar Cəfərov

Cəfərov Xanlar Daşdəmir oğlu — Azərbaycan kinoprodüseri, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (2000).

Xanlar Cəfərov
Xanlar Daşdəmir oğlu Cəfərov
Doğum tarixi
Doğum yeriBakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (68 yaşında)
Vəfat yeriBakı, Azərbaycan
Milliyyətiazərbaycanlı
VətəndaşlığıSSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşıKönül Axundova
UşaqlarıÜlviyyə Cəfərova, Lamiyə Bağırova
AtasıDaşdəmir Cəfərov
AnasıSona Cəfərova
Fəaliyyətiprodüser
TəhsiliAzərbaycan Dövlət İncəsənət Universitetinin Teatr və kino fakültəsi
Mükafatları"Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2000

Həyatı

Xanlar Cəfərov 6 iyul 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatr və kino fakültəsini bitirmişdir. 1969-cu ildən C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, film direktoru vəzifələrində işləyib. 1988-ci ildən "Rakurs" Sənədli Filmlər Studiyasının direktoru olub. 2001-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi "Yaddaş" Sənədli Filmlər Studiyasının direktoru olub.

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü olmuşdur.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür[1].

Xanlar Cəfərov 29 aprel 2016-cı ildə vəfat etmişdir.

Ailəli idi. 2 övladı və 2 nəvəsi var.

Filmoqrafiya

  1. Narahat adam (film, 2005)
  2. Azərbaycan: Tarixdən səhifələr (film, 2008)
  3. Azərbaycan Odlar Yurdu (2009)
  4. Bakı balkonları
  5. Köç

İstinadlar