Xəzər İsayev

Xəzər Ağaəli oğlu İsayev (1 fevral 1963, Ağdaş) — Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti,[1] Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin "Ədalətli Oyunlar" komissiyasının sədri, Azərbaycan Dövlət Gömrük Komitəsinin "İdman Sağlamlıq Mərkəzi"nin baş direktoru,[2] Gömrük xidməti Polkovniki[2]

Xəzər İsayev
Xəzər Ağaəli oğlu İsayev
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi1 fevral 1963(1963-02-01) (61 yaş)
Doğum yeri
Təhsili
Çəkisi62 kq
İdman növüidman güləşi[d], sərbəst güləş

Həyatı

1 fevral 1963-ci ildə Ağdaş rayonunda anadan olub.

1986-ci ildə sərbəst güləşdə göstərdiyi yüksək nəticələrə görə SSRİ-nin Əməkdar İdman Ustası adına layiq görülmüşdür.

"Gömrükçü" İdman Sağlamlıq Mərkəzinin baş direktoru, gömrük xidməti polkovnikidir.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti və Milli Olimpiya Komitəsinin "Ədalətli Oyunlar" komissiyasının sədridir.

Nəticələri

  • 1985 — SSRİ Kuboku (Bakı)- I yer;
  • 1986 — SSRİ çempionatı (Vladiqafqaz)- I yer;
  • Avropa çempionatı (Saloniki, Yunanıstan)- I yer;
  • Dünya çempionu (Budapeşt, Macarıstan)- I yer;
  • Xoşməramlı oyunlar, komanda tərkibində — I yer, (şəxsi çıxış — II yer);
  • 1987 — SSRİ çempionatı — I yer;
  • Avropa çempionatı (Bolqarıstan) — I yer;
  • Dünya Kuboku (ABŞ) — I yer;
  • 1991 — SSRİ Kuboku (Suxumi, Gürcüstan) — I yer.

Xatirəsi

1990-cı ildə Rafiq Yüzbaşov tərəfindən Xəzər İsayevə həsr olunmuş Çempion adlı qısametrajlı sənədli film çəkilmişdir.

İstinadlar