Xəyal Əsgərzadə

Xəyal İsrafil oğlu Əsgərzadə (15 dekabr 1995, Qayabaşı, Şəki rayonu19 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Xəyal Əsgərzadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriQayabaşı, Şəki, Azərbaycan
Vəfat tarixi (24 yaşında)
Vəfat yeriTərtər rayonu, Azərbaycan
Dəfn yeriQayabaşı, Şəki, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Laçının azad olunmasına görə" medalı — 2020

Həyatı

Xəyal Əsgərzadə 1995-ci il dekabrın 15-də Şəki rayonunun Qayabaşı kəndində anadan olub.[1] Subay idi.

Hərbi xidməti

Azərbaycan Ordusunun əsgəri olan Xəyal Əsgərzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Əsgərzadə oktyabrın 19-da Madagizin azad edilməsi zamanı şəhid olub. Şəki rayonunun Qayabaşı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Əsgərzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Əsgərzadə ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri

İstinadlar