Xəyal İdrisov

İkinci Qarabağ müharibəsi iştirakçısı

Xəyal İbrahim oğlu İdrisov (24 fevral 2000; Ərəbocağı, Ağdaş, Azərbaycan10 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Xəyal İdrisov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriƏrəbocağı, Ağdaş, Azərbaycan
Vəfat tarixi (20 yaşında)
Vəfat yeriTərtər rayonu, Azərbaycan
Dəfn yeriAğdaş rayonu Ərəbocağı kəndi, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Suqovuşanın azad olunmasına görə" medalı — 2020

Həyatı

Xəyal İdrisov 2000-ci il fevralın 24-də Ağdaş rayonunun Ərəbocağı kəndində anadan olub.[1] 2006-2017-ci illərdə Ərəbocağı kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Hərbi xidməti

Azərbaycan Ordusunun əsgəri olan Xəyal İdrisov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal İdrisov oktyabrın 10-da Madagizin azad edilməsi zamanı şəhid olub. Ağdaş rayonunun Ərəbocağı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal İdrisov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal İdrisov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri

İstinadlar