Xəyalə Abdulla

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç
Xəyalə Abdulla
Ölkə Azərbaycan
Doğum tarixi (30 yaş)
Tituluqadınlar arasında beynəlxalq qrosmeyster (2015)
Son reytinqi
  • 2.192 (may 2024)[1]
Maksimal reytinqi2.320 (sentyabr 2015)
FİDE nömrəsi13401807
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xəyalə Mardan qızı Abdulla (13 iyul 1993) — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2015).

Şahmat karyerası

mənbəni redaktə et

2010-cu ildə Gürcüstanın Batumi şəhərində keçirilmiş 18 yaşa qədər qızlar arasında Avropa çempionatında bürünc medal qazanıb.[2]

2011-ci ildə 18 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında qızıl,[3] 20 yaşa qədər qızlar arasında isə gümüş medala sahib çıxıb.[4]

2012-ci ildə 20 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında ikinci dəfə gümüş medala sahib çıxıb.[5]

2013[6][7] və 2014-cü[8] illərdə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionu olub.

Azərbaycanın qadınlardan ibarət milli komandasının tərkibində 2014-cü ildə Norveçin Tromse[9] şəhərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadasında və 2013-cü ildə Polşanın Varşava, 2015-ci ildə isə İslandiyanın Reykyavik şəhərlərində keçirilmiş komandalar arasında Avropa çempionatlarında çıxış etmişdir.[10] 2016-cı ildə Bakı şəhərində keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində mübarizə aparmışdır.[11]

Xəyalə Abdulla 2010-cu ildə qadınlar arasında beynəlxalq usta adına, 2015-ci ildə isə qadınlar arasında beynəlxalq qrosmeyster adına layiq görülüb.

FİDE-nin rəsmi saytında dərc olunmuş 2017-ci ilin mart ayına olan məlumata görə Xəyalə Abdulla 2241 xalla Azərbaycan qadın şahmatçıları arasında 9-cu,[12] "Top 100 Women February 2017" reytinq cədvəlində isə 320-ci yerdə qərarlaşıb.

Şəxsi həyatı

mənbəni redaktə et

Xəyalə Abdulla azərbaycanlı qrosmeyster Nicat Abasov ilə ailə həyatı qurub.[13]

Xarici keçidlər

mənbəni redaktə et

Naviqasiya menyusu