Xətayi Əzizov

Jurnalist

Xətayi Kamal oğlu Əzizov (12 mart 1963, Qalınçaq, İsmayıllı rayonu) – Azərbaycanlı jurnalist[1], Gürcüstanın əməkdar jurnalisti,[2] Tərəqqi medalı[3]"Qızıl qələm" mükafatı laureatı.

Xətayi Əzizov
Doğum tarixi12 mart 1963(1963-03-12) (61 yaş)
Doğum yeri
Fəaliyyətijurnalist
Mükafatları"Tərəqqi" medalı

Bioqrafiyası

1963-cü il martın 12-də İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub. 1970–1980-ci illərdə Qalınçaq kənd orta məktəbində oxuyub. 1981–83-cü illərdə Sovet ordu sıralarında hərbi xidmətdə olub. 1983-cü ildə Bakı Yeyinti Sənayesi Texnikumuna qəbul olub və 1986-cı ildə həmin məktəbi texnik-texnoloq ixtisası üzrə bitirib. 1986–87-ci illərdə Rusiyanın Kuybışev şəhərində Yağ-Piy Kombinatında müxtəlif vəzifələrdə işləyib. 1987-ci ilin sonlarından 1989-cu ilin avqust ayına qədər İsmayıllı rayonunda Yağ-Pendir Zavodunda çalışıb. 1989-cu ildə seçki yolu ilə Qalınçaq kənd azad komsomol komitə katibi seçilib və 1991-ci ilədək azad komsomol katibi işləyib.

1991-ci ildə Bakı Sosial İdarətemə və Politologiya İnstitutuna daxil olub və 1996-cı ildə institutu "Politoloq, ali və orta ixtisas məktəblərində humanitar fənlər müəllimi" ixtisası üzrə bitirib. Eyni zamanda, 1992-ci ildə könüllü olaraq Birinci Qarabağ döyüşlərində iştirak edib. Elə həmin ildə də paralel olaraq dövri mətbuatda çalışıb. Azərbaycan-Türk Agentliyində (ATA), AssA İrada İnformasiya Agentliyində, Midiya Press İnformasiya Agentliyində, 2003-cü ildən Azərbaycan Dövlət İnformasiya Ahentliyində (AZƏRTAC) müxbir, xüsusi müxbiri, redaktor, baş redaktor vəzifələrində çalışıb. Eyni zamanda 1996-cı ildən 2007-ci ilədək Heydər Əliyev adına Ali hərbi Məktəbdə politologiya, psixologiya, sosiologiya və kulturologiya fənlərindən dərs deyib.

Hazırda AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri vəzifəsində çalışır.[4][5][6] "Hərbi və Ümumi Sosiologiya" dərs vəsaitinin həmmmüəlifidir.[7]2015-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə Tərəqqi medalı ilə təltif olunub. Gürcüstanın Əməkdar Jurnalistidir. "Qızıl Qələm" və digər mükafatlara layiq görülüb.

Ailəlidir, üç övladı var.

İstinadlar