Xəmsə əlyazması (1617/8)

Xəmsə əlyazması С-201Nizami Gəncəvinin bütün poemalarını özündə birləşdirən və XVII əsrdə yazılmış əlyazma. AMEA Əlyazmalar İnstitutunda saxlanılır.

Xəmsə əlyazması
TipXəmsə
Tarix1617-1618
Dil(lər)farsca
Yazan(lar)Nizami Gəncəvi
Materialkağız və mürəkkəb
Ölçü19 × 30 sm
Formatkitab
Vəziyyətyaxşı
Əlifbaərəb əlifbası
İçindəkilər285 səhifə
Əvvəl saxlanılıbAMEA Əlyazmalar İnstitutu, Bakı, Azərbaycan Azərbaycan

Xüsusiyyətləri

Əlyazmasında poemalar ənənəvi sıralama ilə verilmişdir.[1] Mətn parlaq və nazik şərq kağızı üzərində dörd sütunla mirvari kalliqrafik nəstəliq xətti ilə yazılmışdır. Başlıqlar qırmızı mürəkkəb ilə yazılmışdır. Orta Asiya mənşəli üzlük yaşıl rəngdə olmaqla lakla örtülmüş və tünd-moruğu rəngli medalyonlarla bəzədilmişdir. Kiçik medalyonlardan biri üzərində üzlükçü ustanın adı – Molla Məhəmməd Tarsun və üzlənmə tarixi – hicri 1027 (1617/1618) – qeyd edilmişdir. 285 səhifəlik əlyazmasının ölçüləri 19 × 30 sm-dir.[1]

İstinadlar

Ədəbiyyat

  • Хамсэ // Низами Гянджеви: Краткий справочник / Составитель Дж. В. Каграманов. — Элм, 1979. — С. 92.