Xəlifə sultan əl-Hüseyni

Xəlifə sultan əl-Hüseyni (1590, İsfahan1654, Behşəhr, Mazandaran ostanı) — Səfəvilər dövründə vəzir, sonra baş vəzir (1645-1648).

Xəlifə sultan əl-Hüseyni
fars. سید علاءالدین سلطان‌العلماء آملی
19-cu əsrə aid Dehli rəsmi olan Səfəvilərin baş vəziri (solda), çox güman ki, Xəlifə sultan və II Şah Abbas (sağda).
19-cu əsrə aid Dehli rəsmi olan Səfəvilərin baş vəziri (solda), çox güman ki, Xəlifə sultan və II Şah Abbas (sağda).
1623/1624 – 1632
ƏvvəlkiSalman xan Ustaclı
SonrakıMirzə Talıb xan
1645 – 1654
ƏvvəlkiSarı Tağı
SonrakıMəhəmməd bəy Təbrizi
Şəxsi məlumatlar
Doğum tarixi1592/1593
Doğum yeriİsfahan (əslən Amül)
Vəfat tarixi
Vəfat yeriƏşrəf, Mazandaran
Fəaliyyətialim
AtasıMirzə Rəfi əd-Din Məhəmməd
AnasıAdı açıqlanmayan Mərəşi zadəgan qadın
Həyat yoldaşıXanağa bəyim
Diniislam

Həyatı

Əsl adı Seyid Əlaəddin ibn Mir Rəfiəddin Məhəmməd bin Mir Şücaəddin Hüseynidir. Xəlifə sultan kimi tanınırdı. Xəlifə sultan Təbriz şəhərində anadan olmuşdu. Seyid əsillidir. Onlara Mərəşiyyə seyidləri deyirdilər. I Şah Abbas Səfəvinin anası tərəfdən qohumu idi.

I Şah Abbas Səfəvinin vaxtında vəzir idi. Şah Səfi hakimiyyətə gəldikdən sonra 1632-ci ildə onu həmin vəzifədən kənarlaşdırdı. Onun yerinə Mirzə Əbutalib xan Ordubadi təyin olundu.

I Şah Abbas Səfəvinin vaxtında adi vəzir olan Xəlifə sultan 1645-ci ildə, II Şah Abbas Səfəvi tərəfindən vəziri-əzəm vəzifəsinə yüksəldi.[1] Gürcü müəllifi Parsadan Qorqicanidze yazır: "Qorçubaşı Canı xan etimadəddövlə Mirzə Tağını öldürdü. Onun ölümünün səkkizinci günündə etimadəddövlə vəzifəsini Xəlifə sultana verdilər.[2] II Şah Abbas Səfəvinin hakimiyyətinin ilk illərindəki daxili çəkişmələr dövləti zəiflətmiş və onun fəal xarici siyasət aparmaq imkanlarını məhdudlaşdırmışdı.

Xəlifə sultan əl-Hüseyni 1653-cü ildə Mazandaranda vəfat etdi.

Həmçinin bax

İstinadlar