Xıdır Alovlu

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç
Xıdır Alovlu
Xıdır Binnat oğlu Alovlu
Şəxsi məlumatlar
Doğum tarixi2 mart 1934(1934-03-02)
Vəfat tarixi27 yanvar 2019(2019-01-27) (84 yaşında)

Xıdır Binnat oğlu AlovluAzərbaycan Respublikası Milli Məclisinin II çağırış[1] deputatı.

1939-cu il martın 2-də Ermənistan Respublikası Kirovakan rayonunun Gözəldərə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Rus dilini bilirdi. Evli olmuşdur, 4 övladı var.

Milliyətcə kürddür. Sumqayıtda fəhlə, mühəndis, məktəb direktoru işləmişdir. Sumqayıtda məktəb direktoru işlədiyi zaman 1988-ci ildə Sumqayıt hadisələrində təxribatlar törətdiyi iddia olunur.[2]

Siyasi karyerası

mənbəni redaktə et

Bir müddət Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışmışdır. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri, Siyası Şuranın üzvü olmuşdur.

2000-ci il noyabrın 5-də 39 saylı Sumqayıt ikinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü olmuşdur.

İqtisadiyyata,  təhlükəsizliyə, sosial həyata aid onlarla əsərlər yazmış, kitablar çap etdirmişdir.

Naviqasiya menyusu