Vilyena xəzinəsi

Vilenna xəzinəsi (isp. Tesoro de Villena) — Avropada Tunc dövrünün ən böyük qızıl xəzinə tapıntılarından biridir. Bu xəzinə qızıl, gümüş, dəmirkəhrəbadan hazırlanmış, ümumi çəkisi təxminən 10 kiloqram olan 59 müxtəlif eksponatdan ibarətdir. Onlardan 9-u 23,5 karat qızıldır. Bu göstəricilər onu Pireney yarımadasındakı ən mühüm eramızdan əvvəlki xəzinə halına gətirir və Yunanıstanın Mikena şəhərindəki Kral qəbirlərindən sonra Avropanın ən önəmli ikinci xəzinəsidir.[1] Dəmir əşyaların bəziləri meteorik dəmirdən hazırlanmışdır.[2]

Vilenna xəzinəsi

Qızıldan olan eksponatlara bir kasa, üç butulka və 28 bilərzik daxildir. Buradakı dəmir parçaları Pireney yarımadasında tapılan ən qədim parçalardır. Arxeoloqlar bu xəzinənin tarixini e.ə. 1300–1000 illərə aid edirlər.[3]

Xəzinə 1963-cü ilin dekabrında arxeoloq Xose Mariya Soler tərəfindən Vilyenadan 5 kilometr (3,1 mil) aralıda tapıldı və hazırda Vilyena Arxeologiya Muzeyində zirehli vitrində daimi olaraq qorunur.

Vilenna xəzinəsindəki metal işləmələrin eynisinə 1913-cü ildə Almaniyanın Brandenburq şəhərində kəşf edilmiş böyük Ebersvalde xəzinəsində də rast gəlinir.

İstinadlar

Mənbələr

Həmçinin bax

Xarici keçidlər