Veysyarv gölü

Veysyarv gölü (est. Veisjärv, Veisejärv) — Estoniyanın cənubunda yerləşən kiçik göl. Göl düzənlik ərazidə yerləşir. İnzibati baxımından Estoniyanın Vilyandima qəzasının Tarvastu volostuna daxildir.

Veysyarv gölü
est. Veisjärv
Ümumi məlumatlar
Mütləq hündürlüyü96 m
Eni1,76 km
Uzunluğu3,45 km
Sahil uzunluğu9,048 km
Sahəsi4,807 km²
Su tutumu26,1 km²
Dərin yeri4 m
Orta dərinliyi1,3 m
Minerallaşma tipişirin
Yerləşməsi
58°05′50″ şm. e. 25°45′15″ ş. u.
Ölkə Estoniya
Veysyarv gölü xəritədə
Veysyarv gölü
Veysyarv gölü

Yerləşməsi

Veyosyarv gölü Vırtyarvs su toplayıcı hövzəsinə, Şərqiestoniya sutoplayıcı dairəsinə daxildir. Göl Karksi-Nuya şəhərindən 10 km şərqdə, 96 m dəniz səviyyəsindən yuxarıda yerləşir. Göl yaxınlığında Veyosyarve və Miyaekyula kəndləri vardır.

Su tutarının akvatoriyası Rubina qoruğu ərazisinə daxildir (Rubina looduskaitseala)[1]. Göldə adi ilişkən balığı (lat. Misgurnus fossilis) yayılmışdır.

Təsviri

Veysyarv gölünun suyunun sərtliyi orta ağırdır. Limnoloji tipologiyasına görə sərt sulu göldür. 1950-ci illərdə göldə aparılan tətqiqatlar zamanı gölü hidrokarbonatlı göllər sinfinə daxil etmişlər. Minerallaşma 238,4 ilə 94,4 mq/l[2] arasında dəyişir. Mezohumuslu göllər siyahısına daxildir[3].

Gölün ümumi sahəsi 481,1 ha-dır (Estoniyanın sahəsinə görə 8-ci ən böyük su tutarı[4] və 7-ci ən böyük gölüdür[5]). Gölün uzunluğu — 3450 metr, eni — 1760 metrdir. Gölün ən dərin hissəsi 4 m, orta dərinliyi 1,3 metrdir. Sahil xəttinin uzunluğu isə 9048 m-dir. Su toplayıcı sahəsi 26,1 km² bəradərdir. Suyunun dəyişməsi ildə bir dəfə baş verir.

Gölün şərq sahilləri nisbətən hündürdür. Burada quru tarlalar yerləşir. Qərb hissəsi isə bataqlıqlaşmışdır[6]. Göl şimaldan Yiski kanalına birləşir (Jõksi kraav)[7]. Cənub hissəsindən isə Ixne çayı (Õhne jõgi)[8] başlayır. Sonradan isə Vırtcyarv gölünə tökülür.

Göldə adi külmə, adi durnabalığı, çay sufu, qızılüzgəc, çapaq, adi xanı balığı və çay angvili[9] kimi balıqları müşahidə etmək olar. Veyosyarv gölündə çapaq balıqları sürətli artıma malikdir[10].

İstinadlar

Mənbə