Vaqif Musayev
Musayev Vaqif Hacı Rəsul oğlu (1950 – 29 noyabr 2019) — iş adamı, Dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin deputatı, iqtisad elmləri doktoru, professor (1998)
Vaqif Musayev | |
---|---|
Vaqif Rəsul oğlu Musayev | |
![]() | |
1993 – 1998 | |
1990 – 1995 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1950 |
Vəfat tarixi | 29 noyabr 2019 |
Partiya | |
Fəaliyyəti | iqtisadçı |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
Həyatı
Vaqif Hacı Rəsul oğlu Musayev — 1950-ci ildə Lerik rayonunun, Lerik qəsəbəsində anadan olub.
1973–1974-ci illərdə ordu sıralarında hərbi xidmət keçmişdir. Uzun illər qənnadı fabrikinin, ət kombinatının, ticarət və ərzaq komitələrinin sədri olub.
Siyasi fəaliyyəti
1990–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub.
1995-ci il parlament seçkilərində Vaqif Musayev Azərbaycan Milli İstiqlal Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 4-cü sırada olmuşdur.[1] Proporsional seçkiləri qatılmış 8 partiyadan biri olan[2] Azərbaycan Milli İstiqlal Partiyası bu seçkilərdə 331865 səs (9.3%) səs toplayaraq proporsional seçkiləri 3-cü sırada tamamlamış və siyahısından ilk 3 şəxs — Etibar Məmmədov, Nazim İmanov və Şadman Hüseyn deputat seçilmişdir.[3] Vaqif Musayev isə deputat seçilə bilməmişdir.
iş fəaliyyəti
1974-cü ildə Sovxozlar Nazirliyinin Meyvə tingliyi trestində iqtisadçı vəzifəsinə təyin olunmuşdur, daha sonra Abşeron Südçülük sovxozunda baş iqtisadçı vəzifəsində işləmişdir.
1975-ci ilin avqust ayından Azərbaycan Tədarük Nazirliyinin "2 saylı Bakı Taxıl Məhsulları Kombinatında" satış üzrə iqtisadçı vəzifəsində çalışmış, daha sonra istehsalat şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir.
1979-cu ildə Bakı Bulka-Maya Kombinatında, 1980-ci ilin oktyabr ayından Gəncə Çörək -qənnadı İstehsalat Birliyinin baş direktoru olub.
1981-ci ilin fevral ayından Bakı Qənnadı Məhsulları Kombinatında direktor vəzifələrində işləmişdir.
1986–1988-ci illərdə Taxıl Məhsulları Nazirliyi sistemində rəhbər vəzifələrdə çalışmışdır.
1989-cu ilin fevral ayından Bakı Tütün Kombinatında, iyul ayından Bakı Mal-qara tədarük emal Elm İstehsalat Birliyində direktor vəzifəsində işləmişdir.
1993-cü ilin may ayında Azərbaycan Yeyinti Sənayesi Konsernin Prezidenti olmuşdur.
Elmi fəaliyyəti
1968-ci ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "İqtisadiyyatın və kənd təsərrüfatının təşkili" fakültəsinə qəbul olunmuşdur.
1973-cü ildə həmin təhsil ocağını bitirmişdir.
1977-ci ildə İstehsalatdan ayrılmamaqla "Ümumittifaq Yeyinti Sənayesi İnstitutunun" qiyabi şöbəsinə daxil olmuşdur.
1982-ci ildə "İqtisadiyyatın və Ərzaq məhsulları sənayesinin təşkili" ixtisasını uğurla başa vurmuşdur.
1991-ci ildə dissertasiya müdaviə edərək iqtisad elmləri namizədi elmi adını almışdır.
1998-cı ildə doktorluq dissertasiyası müdafiə edərək "İqtisad elmlər doktoru" elmi adını almışdır.
Müəllifi olduğu elmi işlər
- 5 müəllif şəhadətnaməsinin və patentin müəllifidir.
- 27 elmi məqalə.
- 11 monoqrafiyanın və dərsliklərin müəllifidir
Mükafatları
Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması və Azərbaycan xalqının zəngin mədəni irsinin qorunması istiqamətində fəaliyyətinə görə Azərbaycan-Amerika Ticarət Palatası tərəfindən təsis olunmuş "Hacı Zeynalabdin Tağıyev" mükafatı ilə təltif edilib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) "Akademik Yusif Məmmədəliyev" mükafatı.
İstehsalat rəhbəri kimi Ümumittifaq Xalq Təsərrüfatı Naliyyətləri Sərgisinin qızıl, gümüş, bürünc mükafatlarına layiq görülmüşdür.