Vaqif Cavadov

Vaqif Füzuli oğlu Cavadov (d. 25 may 1989) — Azərbaycan məşqçisi və keçmiş oyunçusu.

Vaqif Cavadov
Ümumi məlumatlar
Tam adıVaqif Füzuli oğlu Cavadov
Doğum tarixi (35 yaş)
Doğum yeriBakı
Vətəndaşlığı
Boyu1.87 m
Çəkisi71 kq
MövqeyiHücumçu (futbol)
Klub haqqında məlumat
KlubAzərbaycan
Karyerası
Klub karyerası[* 1]
2004–2007OMİK (Moskva)
2007–2010Qarabağ (Ağdam)77 (20)
2010Tvente (Hollandiya)0 (0)
2010–2011Bakı FK (Bakı)23 (4)
2011Volqa (Nijni Novqorod)11 (0)
2012–2013Qarabağ (Ağdam)33 (5)
2013–2014Inter (Bakı)33 (14)
2014–2015Qaziantep (Türkiyə)15 (2)
2015Boluspor (Türkiyə)10 (1)
2015Xəzər (Lənkəran)0 (0)
2015Qəbələ4 (1)
2016–2017Sumqayıt26 (6)
2017AZAL9 (1)
2018–2019Keşlə9 (3)
Milli yığma[* 2]
2006—h.h.Azərbaycan Azərbaycan

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Vaqif 1989-cu ildə Bakıda anadan olub. Onun əmisi məşhur futbolçu İskəndər Cavadov olub. Vaqif Cavadovun bir futbolçu kimi inkişafında onun böyük rolu vardır.

2004-cü ildən Vaqif Rusiyanın "OMİK Moskva" klubunun gənclərdən ibarət komandasında oynayıb. Daha sonradan o Azərbaycana qayıdıb və 2007-ci ildən etibarən "Qarabağ" klubu ilə müqavilə bağlayıb. "Qarabağ"ın heyətində Vaqif 77 oyun keçirir və 20 qol vurur. Bu zaman ərzində o milli komadada əsas oyunçulardan birinə çevrilir və bir çox Avropa klublarının diqqətini cəlb edir. 2010-cu ilin yanvarında Vaqif Cavadov "Tvente"[1] komandasına transfer edilir və 3,5+1 formatında müqavilə imzalayır.[2]. Vaqif 7 nömrəli forma alır.

Lakin burada Vaqif möhkəmlənə bilmir və əsasən əvəzedici heyətdə oynamağa başlayır. 2010-cu ildə isə o "Bakı" futbol klubuna icarə əsasında keçir. Burada o 23 oyun keçirir və 4 qol vurur. Mövsümün sonunda Vaqif Cavadovun "Qəbələ" ilə razılaşması deyilsədə o Rusiya premyer-liqasının "Volqa" klubuna transfer edilir və burada "70" nömrəsi ilə çıxış etməyə başlayır.

Uğurları

Qarabağ

Azərbaycan Milli Futbol Kuboku2008/09

Tvente

Hollandiya çempionu – 2009/2010

Şəxsi uğurları

İstinadlar

Xarici keçidlər