Ubuntu

Debian-əsaslı Linux əməliyyat sistemi

Ubuntu ("insanpərvərlik"[10], "humanizm"[11][12]) — Debian əsasında yaranmış, Linux nüvəsini istifadə edən əməliyyat sistemidir. Əsas yaradıcı və sponsor Canonical şirkətidir. Hal-hazırda layihə azad cəmiyyət tərəfindən aktiv inkişaf etdirilir və dəstək edilir. "Ubuntu" sözü zulu dilindən (əsasən Cənubi Afrika Respublikasında geniş yayılmış dil) tərcümədə "insanlıq" anlamını verir. Hazırda sərbəst şəkildə inkişaf etdirilir və dəstəklənir.2009–2011-ci illərdə Beynəlxalq İnformatika Olimpiadasında (International Olympiad in Informatics, IOI) yarış iştirakçılarının kompüterində Ubuntu əməliyyat sistemi quraşdırılmışdı.Distrubitivin adi yeni veriyası 6 aydan bir çıxır və 18 ay ərzində təhlükəsizlik yenilənmələri ilə dəstək edilir. LTS[13] versiyası isə 2 ildən bir çıxır və 3 il ərzində dəstək edilir (server veriyası — 5 il).[14]

Ubuntu
Loqonun şəkli
Yaradıcı
İstehsalçıCanonical[1]
Yazılma diliC++[2], C[2], Unix shell[2], Python
BazasıDebian[3]
Buraxılış tarixi20 oktyabr 2004[1]
Son versiya
Yenilənmə üsuluAdvanced Packaging Tool[6]
Paketlər menecerləriDpkg[7], Advanced Packaging Tool[6]
Dəstəklənən dillərçoxdilli[d]
Dəstəklənən platformalarx86_64[d][8], x86[8], ARM[d][8]
İnterfeysGNOME[9]
Veb-saytıubuntu.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ubuntu server və iş stansiyaları üçün ilkin yığılmış proqram təminatı[15] ilə təchiz edilir. Ubuntu CD və ya DVD-daşıyıcı istifadə edərək LiveCD[16] və ya mətn sehrbazı[17] vasitəsilə masaüstü fərdi kompyuterlərə yazılır. LiveDVD versiyası daha böyük proqram təminatı tutumuna malikdir. Tərkibinə tam lokalizasiyadan tutmuş sistem bərpasına qədər müxtəlif köməkçi proqramlar daxildir.

Əməliyyat sisteminin həmçinin i386, amd64, ARM tipli arxitekturaların da rəsmi dəstəyi mövcuddur. Bundan əlavə 2013-cü ildən ARM və x86 arxitekturasında olan smartfonların xüsusi Ubuntu versiyası yaradılmağa başlanılmışdır.[18]

Tarix

20 oktyabr 2004-cü ildə Ubuntu ilkin olaraq Debianın budağı kimi 6 aydan bir yeni versiyası çıxan əməliyyat sistemi idi.[19] Debianın digər qollarından (Xandros, Linspire, Libranet) fərqli olaraq Ubuntunu yaratmış Canonical şirkəti Debian fəlsəfəsinə sadiq qalaraq əməliyyat sisteminə azad proqram təminatı daxil edirdi.[20]

Ubuntu paketləri əsasən Debianın qeyri-stabil paketləri üzərində qurulur. Ubuntu paketləri yazmaq üçün Debiana məxsus Advanced Packaging Tool-dan istifadə edir. Buna baxmayaraq Debian və Ubuntu paketləri mütləq olaraq bir-biri ilə uyğun deyil. Ubuntu-nun bəzi yaradıcıları həm də əsas Debian paketləri ilə də məşğul olurlar. O üzdən hər-hansı layihədə dəyişiklik edəndə, digərinə də edirlər. Ancaq 2005-ci ilin aprel ayında Debian əməliyyat sisteminin yaradıcısı Yan Merdok Ubuntu-nu Debian paketləri ilə uyğunsuzluqda tənqid edərək birincinin "Debian Sarge"-dən çox uzaqlaşdığını deyir.[21]

Ubuntu indiyə kimi Mark Şattlvort və onun şirkəti – Canonical tərəfindən vəsaitlə təmin olunur. 8 iyul 2005-ci ildə Canonical şirkəti Ubuntu Fondunun yaradıldığını elan edir və onu 10 milyon dollar ilkin kapital ilə təmin edir. Fondun məqsədi Ubuntu-nun gələcək versiyalarının dəstəyi və inkişafına zəmanət etməkdir. Ancaq 2009-cu il üçün fond işləksizdir. Şatlvort bunu fondun qara gün üçün saxlandığı ilə izah edir.[22][23]

Ubuntu layihəsinin orijinal adı no-name-yet.com olub[24] (azərb. hələ ki adı yoxdur‎).

Üstünlükləri

Ubuntu 10.04 Lucid Lynx

Ubuntu istifadədə asanlıq və rahatlığa yönələrək hazırlanılıb. O özündə geniş yayılmış "sudo" utilitini istifadə edir. Bu sistemdə potensial təhlükəli superistifadəçi sessiyasını buraxmadan inzibati tapşırıqları yerinə yetirməyə imkan verir.[25]Bundan əlavə Ubuntu inkişaf etmiş beynəlmiləşmişliyə malikdir. Belə ki, əməliyyat sistemi 5.04 versiyasından defolt olaraq UTF-8 kodlaşdırmasından istifadə edir və çoxlu sayda dil qruplarına geniş imkanlar verir.

Ubuntu-nun işləməsi üçün 256 MB RAM, sərt diskdə isə 4 GB boş yer lazımdır.[26][27][28] Ubuntu əməliyyat sistemi bir çox qrafik qabıqları dəstəkləyir. Defolt olaraq GNOME qrafik qabığı ilə yayılır. GNOME azad, sadə və intuitiv interfeysə malik olub, geniş diapazonda müasir masaüstü proqramlarla yayılır. GNOME-a daxil olan proqramlardan başqa Ubuntu əlavə olaraq LibreOffice, Mozilla Firefox kimi proqramlarla təchiz olunub.[29]

6.06 və daha sonrakı versiyalar LiveCD ilə CD sehrbazını bir kompakt-diskdə birləşdirir. Bu disk əməliyyat sistemini sərt diskə yazmadan onu açaraq, içindəki proqramlara nəzər yetirməyə, aparat vasitələrinin dəstəklənib-dəstəklənmədiyini öyrənməyə imkan verir. Əgər sistem bəyənilsə qrafik sehrbaz "Ubiquity" vasitəsilə elə LiveCD-dən əməliyyat sistemini yazmaq olar. Yazılma prosesi "canlı" iş masasında yaradılan sənədləri saxlayır. Bundan əlavə endirim üçün alternativ sehrbaz debian-installer-də var. O sistemi daha dərindən tanıyan üçün, çoxlu sistem yazan və çətin disk bölümünü həyata keçirən inzibatçılar üçün nəzərdə tutulub. Bura həmçinin 192 meqabayt operativ yaddaşdan az LVM və RAID-lər də daxildir. Distrubitivə həm də USB Flaş-disk yükləməsini yaradan proqram daxildir. Bu USB Flaş-disk LiveCD və CD sehrbazının malik olduğu bütün imkanlara malikdir. Bu xüsusiyyət adətən netbuklar üçün yararlıdır.

İstifadəçi interfeysi ilkin versiyalarda defotl olaraq qəhvəyi və narıncı rəngində olurdu. Əməliyyat sistemi ubuntu-calendar adlı əlavə proqram vasitəsilə hər ay qəhvəyi mövzular endirir. Ubuntu interfeysində 10.04 versiyasından re-brend aparılıb: emblem dəyişilib, rəng qamması qəhvəyi və narıncıdan qara və bənövşəyiyə dəyişilib.[30] Bəzi istifadəçilərin fikrinə görə Ubuntu-nun yeni interfeysi Mac OS X interfeysini xatırladır.[31][32]

Buraxılışlar

Hər reliz il və ay buraxılışına əsaslanan öz kod adına və veriyasına malikdir. Kod adları iki ingilis sözündən ibarət olur: adətən bu eyni hərflə başlayan heyvan adı olur. 6.06 Dapper Drake-dən başlayaraq (LTS) kod adının birinci hərfləri latın əlifbasına uyğun olaraq dəyişir.[33]

VersiyaBuraxılış tarixiKod adıAzərbaycanca qarşılığıDəstəyin son tarixiYenilənmə zamanı Linux nüvəsi [34]
4.1020 oktyabr 2004[35]Warty WarthogZiyilli Ziyilcik30 aprel 20062.6.9
5.048 aprel 2005[36]Hoary HedgehogQoca Kirpi31 oktyabr 20062.6.11
5.1013 oktyabr 2005[37]Breezy BadgerCavan Porsuq13 aprel 20072.6.13
6.06 LTS1 iyul 2006[38]
10 avqust 2006 (6.06.1)[39]
21 yanvar 2008 (6.06.2)[40]
Dapper DrakeŞıq Yaşılbaş14 iyul 2009[41] (iş stansiyaları üçün)
iyul 2011 (server versiyaları)
2.6.15
6.1026 oktyabr 2006[42]Edgy EftƏsəbi Triton25 aprel 20082.6.18
7.0419 aprel 2007[43]Feisty FawnÜrəkli Maral19 oktyabr 20082.6.19
7.1018 oktyabr 2007[44]Gutsy GibbonCəsarətli Hibbon18 aprel 20092.6.20
8.04 LTS24 aprel 2008[45]
3 iyul 2008 (8.04.1)[46]
22 yanvar 2009 (8.04.2)[47]
16 iyul 2009 (8.04.3)[48]
28 yanvar 2010 (8.04.4)[45]
Hardy HeronDözümlü Vağaprel 2011 (iş stansiyaları üçün)
aprel 2013 (server versiyası)
2.6.24
8.1030 oktyabr 2008[49]Intrepid IbexQorxmaz Keçi30 aprel 2010[50]2.6.27
9.0423 aprel 2009[51]Jaunty JackalopeDiribaş Dovşan23 oktyabr 2010[52]2.6.28
9.1029 oktyabr 2009[53]Karmic Koala[54]Karmik Koalaaprel 20112.6.31
10.04 LTS29 aprel 2010[55]
17 avqust 2010 (10.04.1)[56]
Lucid Lynx[33]Parlaq Pişikaprel 2013 (iş stansiyaları üçün)
aprel 2015 (server versiyası)
2.6.32
10.1010 oktyabr 2010[56]Maverick Meerkat[57]Azadfikirli Surikataprel 20122.6.35
11.0428 aprel 2011[58]Natty Narwhal[59]Səliqəli Narvaloktyabr 20122.6.38
11.1013 oktyabr 2011[60]Oneiric Ocelot[61]Xəyalpərəst oselot9 may 20133.0.4
12.04 LTS26 aprel 2012[62]
24 avqust 2012 (12.04.1)[63]
14 fevral 2013 (12.04.2)[64]
23 avqust 2013 (12.04.3)
6 fevral 2014 (12.04.4)
7 avqust 2014 (12.04.5)
Precise Pangolin[65]Pedantik Panqolinaprel 2017
3.2, 3.5, 3.8, 3.11, 3.13
12.1018 oktyabr 2012[66]Quantal Quetzal[67]Kvant Ketzalaprel 20143.5
13.0418 aprel 2013[68]Raring Ringtail[69]Səbrsiz Kakomişlioktyabr 20153.8
13.1017 oktyabr 2013[70]Saucy Salamander[71]Kobud Salamandriyul 20143.11
14.04 LTS17 aprel 2014[72] (14.04)
24 iyul 2014-cü il (14.04.1)[73]
Trusty Tahr[74]Etibarlı Taraprel 20193.13
14.1016 oktyabr 2014[75]Utopic Unicorn[76]Utopik Taybuynuziyul 20153.16 (Daily)
15.0416 aprel 2015Vivid VervetParlaq Meymun4 fevral 20163.19
15.1022 oktyabr 2015Wily WerewolfMəkrli Qulyabanıiyul 20164.2
16.04 LTS21 aprel 2016
24 iyul 2016 (16.04.1)[77]
17 fevral 2017 (16.04.2)[78]
Xenial XerusQonaqpərvər Dələaprel 20214.4
16.1013 oktyabr 2016Yakkety YakBoşboğaz Yakavqust 20174.8[78]
17.0413 aprel 2017Zesty ZapusPikant Siçanfevral 20184.10
17.1019 oktyabr 2017[79]Artful AardvarkHiyləgər Qarışqayeyəniyul 20184.13
Şərti işarələr:
dəstəklənmiryalnız server veriyası
dəstəklənir
dəstəklənirhazırkı versiyaPlanlaşdırılıb / hazırlanılır

LTS (ing. Long Term Support hərfiynən "uzun müddət ərzində dəstək") kimi işarələnən buraxılışlar Canonical tərəfindən daha çox dəstək edilir. Yenilənmə paketləri istifadəçi versiyaları üçün üç, pullu texniki dəstək ilə serverlər üçün isə beş il təşkil edir. Sonrakı LTS versiyasına qədər periodik olaraq hazırkı versiayaya eyni adlı kod adı ilə müxtəlif yenilənmələr buraxılır. Dapper Drake 6.06 versiyası üçün iki belə yenilənmə buraxılıb; Hardy Heron 8.04 versiyası yarım ildə bir dəfə çıxır. Artıq dörd 8.04 yenilənməsi çıxıb. 8.04 üçün növbəti yenilənmə gözlənilmir. Hazırkı LTS buraxılış Ubuntu 14.04 Trusty Tahr adlanır.[80]

10.04 Lucid Lynx versiyası üçün 4 yenilənmə çıxıb. Sonuncu ISO təsvir 10.04.4 versiyasına malikdir. 12.04 versiyasının dəstəklənməsi yeni təsvirlərin çıxmağı ilə bərabər qüvvədə saxlanılacaqdır.(12.04.5 və daha yuxarı aprel ayının 2017-ci ilinə qədər).[81][82] 13.04 Raring Ringtail versiyasından başlayaraq siravi (LTS olmayan) relizlərin dəstəyi 18 ay əvəzinə 9 aya endirilib.[83].

Ubuntu və onun variantlarını internetdən endirmək və ya ShipIt xidməti vasitəsilə disk formasında əldə etmək olar[84][85]

Paketlər və dəstək

Ubuntu 10.04 LTS LiveCD rejimi

Ubuntuda bütün proqram təminatı komponentlər adlanan dörd hissəyə bölünür. Bu lisenziyada fərqi və mümkün dəstəyin mərhələsini qiymətləndirmək üçündür.[86]

Paketlər komponentlər üzrə aşağıdakı kimi bölüşdürülür:[86]

UbuntuAzad PTQeyri-azad PT
DəstəklənənMainRestricted
DəstəklənməyənUniverseMultiverse

Main və Universe Ubuntu lisenziyası tələblərinə tam cavab verən proqram təminatları təşkil edir.[87]

Ubuntu üçün yaradılan qeyri-azad proqram təminatlı paketlər adətən dəstəklənmir ancaq burada müəyyən istisnalar (Restricted) da mövcuddur. Bu istisnalara müəyyən qeyri-azad drayverlər aiddir ki, bu əlavələrsiz istifadəçilərin sistemdə fəaliyyəti aşağı düşə bilər. Bu cür istisnalara xüsusilə qrafik drayverlər aiddir (məsələn nVidia və ya ATi drayverləri). Dəstək səviyyəsi Main-lə müqayisədə olduqca aşağıdır. Çünki yaradıcıların mənbə kodlarına girişi məhdud ola bilər.[88]

Proqram təminatı propritiar olsa da yayılmağa məhdudiyyət olmadıqda Multiverse repozitoruna daxil olunur. Məsələn Multiverse "Ubuntu-restricted-extras" paketinə malikdir ki, bu da adətən propiritiar multimediya kodekləri Adobe Flash-plaqini, JRE və ya Windows şriftlərinə malik olur.

Bəzi proqram təminatı isə ümumiyyətlə Ubuntu ilə yayılmır:

  • Content Scramble System oynadan proqram təminatı.
  • Windows Media kimi proprietiar multimediya formatlarının kodlaşdırılması və dekodlaşdırılması üçün kitabxanalar.[89]

Bu və bəzi digər paketlər qeyri-rəsmi repozitor mənbəsində tapmaq mümkündür: Medibuntu.

EasyUbuntu[90] və Automatix tipli, qeyri-rəsmi avtomatik yazılma və nizamalama proqram təminatları da həmçinin Ubuntunun rəsmi paketlərinə daxil deyil.[91]

Ubuntu qıraq propritiar proqram təminatı üçün sertifikasiya sisteminə malikdir. Bu sistem Canonical tərəfindən Partner adlandırılır və onun tərəfindən nizamlanaraq paketlərə əlavə edilir.[92]

Multiverse paketləri yayılmağa məhdudiyyətdə olduğu halda "Partner"-a daxil olan proqram təminatı Canonical-ın istifadəyə icazə aldıqları daxildir.[93][94]

Hazırda bu repozitorluğa Adobe Reader, Adobe Flash Player, Oracle Java, Skype və bəzi digər paketlər daxildir.[95]

Ubuntu üzərində hazırlanmış Linux distributivləri

Kubuntu 10.10 əsas menyusu
Edubuntu
Xubuntu

Ubuntu nişanının istifadə qaydalarına əsasən, Canonical şirkəti Ubuntu üzərində qurulmuş 2 növ distibutiv tanıyır:

  • Ubuntu üzərində hazırlanmış distiburiv (Ubuntu Derivative Distribution): Ubuntu-dan gözə çarpan fərqlərə malik distributiv. Bunlardan yalnız Canonical tərəfindən rəsmi statusu almış distributivlər dəstək edilir. Digərləri üçün Canonical məsuliyyət daşımır və onların Ubuntu ilə uyğunluğuna zəmanət vermir.
  • Ubuntu yığımı (Ubuntu Remix): Ubuntu üzərində yığılan və ondan gözə çarpan fərqliliyə malik olmayan distributiv. Fərq proqram yığımı, nizamlamada və sair bu kimi xüsusiyyətlərdə ola bilər. Bu statusun alınması üçün vacib şərtlərə daxildir: Ubuntu ilə tam uyğunluq, repozitorluqda olan rəsmi paketlərin istifadəsi, distributivin qeyri-kommersiya məqsədi daşıması və sair. Yığım mütləq olaraq öz adında Ubuntu və Remix sözlərindən istifadə etməlidir. Məsələn: Ubuntu Wiki Remix.[96].
DistributivTəsvirQrafik qabığı
KubuntuKDE iş masası defolt olan Ubuntu distributivi. Canonical tərəfindən rəsmən dəstəklənir.KDE
XubuntuXFCE masası defolt olan Ubuntu distributivi (zəif kompyuterlər üçün). Canonical tərəfindən rəsmən dəstəklənir.Xfce
GobuntuYalnız azad komponentlərə malik Ubuntu distributivi. Canonical tərəfindən dəstək edilirdi. Hal-hazırda layihə qapalıdır.GNOME
EdubuntuTəhsil ocaqları üçün yaradılan Ubuntu distributivi. Canonical tərəfindən rəsmən dəstəklənir.GNOME
Ubuntu StudioMediastudiyalar üçün yaradılan Ubuntu distributivi. Canonical tərəfindən rəsmən dəstəklənir.GNOME
CrunchBangUbuntu minimal sehrbazı bazasında qurulmuş distributiv. Yüksək sürət və funksionallığı özündə birləşdirmək məqsədi ilə yaradılıbOpenbox
Linux MintUbuntu üzərində qurulmuş distributiv. Çoxlu mediya-kodeklərin yazılması ilə fərqlənir.Müxtəlif
nUbuntuŞəbəkə təhlükəsizliyini analiz etmək üçün distributiv.xwindow
AuroraASUS EEE PC üçün distributiv.xwindow
OpenGEUEnlightenment yügnül pəncərə menecerini istifadə edən distributiv.Enlightenment DR17
LubuntuDE istifadə edən distributiv.LXDE
SabilyMüsəlmanlar üçün yaradılmış Ubuntu distributivi.GNOME

Yuxarıda göstərilən bütün əməliyyat sistemləri bu və ya digər formada Ubuntu üzərində hazırlanıb.

İnkişafı

Belçikadakı sammitdən foto

Ən-ənəvi olaraq proqram təminatı yaradıcıları "Ubuntu Developer Summit" keçirib əməliyyat sisteminin gələcək perspektivləri haqda müzakirələr aparırlar. Bu cür görüşlərdən ən mühümü sonuncu Ubuntu çıxmamışdan bir müddət əvvəl baş tutdu.[97]

Ubuntu əməliyyat sisteminin yeni inkişaf sikli başlamamışdan bir az əvvəl bü samit keçirilərək gələcək inkişaf forma və sferası müəyyənləşdirilir, müzakirələr aparılır. Sammit bütün ictimaiyyətə açıqdır. Ancaq "Ubuntu Developer Summit" konfrans, sərgi və ya auditoriya üçün hesablanmamış, Ubuntu yaradıcıları və onun inkişafında əməyi olanların sırf birgə görüşü, müzakirə xarakteri daşıyır. Sammit istənilən kəsə açıq elan olunsada, orada iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək və mehmanxana problemlərini həll etmək lazımdır. Sammmitlər adətən AvropaABŞ, həmçinin Okeaniya şəhərlərində keçirilir.

Məqsəd

Canonical iddia edir ki, Ubuntu istifadəçiyə azadlığı zəmanət verir (klassik tərifdə Free Software Foundation). Bu, ruhən GPL-i xatırladan deklarasiya onun manifestində (ictimai oferta, ing. "the Ubuntu promise") yer alıb. Ancaq yuxarıda qeyd edildiyi kimi Ubuntu əməliyyat sistemi bazasında qurulan müəyyən digər distributivlər özündə qeyri-azad dekoderləri də birləşdirə bilər.[98]

İstifadəsi

  • 2007-ci ildə Fransa parlamenti Windows XP əməliyyat sistemindən Ubuntu istifadəsinə keçir. 2008-ci ildə fransız polisinin istifadə etdiyi 70 min kompyuterin də planlı şəkildə Ubuntu-ya keçəcəyi haqda xəbərlər yayılıb.[99][100].
  • İspaniyada (2008-ci ildəki vəziyyətə görə) təhsil ocaqlarında 400 min kompyuterə Ubuntu əməliyyat sistemi yazılıb [101].
  • Ubuntu GürcüstanMakedoniya Respublikası orta məktəblərinin bütün kompyuterlinə yazılıb.
  • Google korporasiyasında işçilər Ubuntu əsasında hazırlanmış Gobuntu əməliyyat sistemindən istifadə edirlər.[102]
  • Ubuntu Vikipediya layihəsinin serverlərində əsas əməliyyat sistemi kimi istifadə edilir.[103].
  • 2009-cu il oktyabr ayına görə Ubuntu-dan dünyada 12 milyon istifadəçi istifadə edir.[104].

Sistem tələbləri

Ubuntu-nun masaüstü versiyası Intel x86, AMD64 və ARM arxitekturalarını dəstəkləyir. Bəzi server-buraxılışları SPARC arxitekturasını da dəstəkləyir. Ubuntu həmçinin qeyri-rəsmi PowerPC, IA-64 (Itanium) и PlayStation 3 arxitekturalarını da dəstəkləyir.

Minimal tələblər[105][106][107]Serverİş masası
Prosessor (x86)300 MHz1 GHz
Yaddaş128 MiB512 MiB
Sərt disk (boş sahə)GB5 GB
Monitor ölçüsü640×4801024×768

Yerli qruplar (LoCo qruplar)

Texniki xırdalıqları və incəlikləri anlamayan istifadəçilər üçün Ubuntu əməliyyat sisteminin inkişafı üçün yerli "cəmiyyətlər" qurulub[108] ki, bunun da çox yayılmış adı "Locos"-dur. İlkin olaraq hər ölkə yalnız bir LoCo komandaya malik idi. Ancaq məsələn ABŞ-də müəyyən ştarlar özlərinin yerli LoCo qruplarına malikdirlər. Ümumiyyətlə bu qruplar Ubuntu-da sırf dil ilə bağlı baryeri aradan qaldırmaq üçün çalışır.
Azərbaycanın da öz LoCo qrupu var: Ubuntu Azerbaijan LoCo

Ədəbiyyat

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər