UEFA Avro 2028

UEFA Avro 2028 və ya sadəcə Avro 2028 olaraq adlandırılan 2028 UEFA Avropa Futbol Çempionatı UEFA-nın üzv assosiasiyaların kişilərdən ibarət milli komandaları üçün təşkil etdiyi və dörd ildən bir keçirilən 18-ci UEFA Avropa Çempionatı olacaq. Turnirin 2028-ci ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılır.[1]

UEFA Avro 2028
Yarış məlumatları
Ev sahibi
Tarix2028-ci ilin iyun iyul aylarında keçiriləcəyi ehtimal edilir.
Başlama tarixi15 iyun 2028
Bitmə tarixi15 iyul 2028
Komanda sayı24 milli komanda
2024
2032
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Turnirə İngiltərə, Şimali İrlandiya, Şotlandiya, Uels və İrlandiya Respublikası birlikdə ev sahibliyi edəcək.[2]

Seçim prosesi

Ölkələr bir ədəd 60.000 yerlik, bir ədəd (iki olması üstunlukdur) 50.000, dörd ədəd 40.000, üç ədəd isə 30.000 yerlik olmaqla 10 stadionla təkliflərini təqdim etməlidir.

Seçim mərhələləri

16 dekabr 2021-ci ildə UEFA İcraiyyə Komitəsi seçim prosesinin UEFA Avro 2032 ilə paralel keçiriləcəyini elan etdi.[3] Maraqlanan iddiaçı ölkələr turnirlərdən biri üçün təklif verə bilərlər.[4]

Seçim mərhələsi aşağıdakı kimidir:[5]

  • 27 sentyabr 2021: Müraciətlər rəsmi olaraq göndərilir
  • 23 mart 2022: Seçimdə iştirak etmək niyyətinin qeydiyyatı üçün son tarix
  • 30 mart 2022: Seçim tələbləri iddiaçılara təqdim edilir
  • 5 aprel 2022: İddiaçıların elanı
  • 28 aprel 2022: İddiaçılar üçün seminarın açılışı
  • 16 noyabr 2022:[6] İlkin tender sənədlərinin təqdim edilməsi
  • 12 aprel 2023: Yekun tender sənədlərinin təqdim edilməsi
  • sentyabr 2023: Təklifin təqdimatı və ev sahibinin elanı

Təsdiqlənmiş təkliflər

Turnirə ev sahibliyi etmək üçün üç maraqlı ölkə (biri sonradan qeyri-münasib hesab edilir) UEFA tərəfindən 23 mart 2022-ci il tarixindən əvvəl qəbul edilmişdir.[7]

İngiltərə, Şimali İrlandiya, Şotlandiya, Uels və İrlandiya Respublikası – 7 fevral 2022-ci ildə İngiltərə, Şimali İrlandiya, Şotlandiya, Uels və İrlandiya Respublikasının futbol assosiasiyaları birgə təklif elan etdilər. İngiltərə əvvəllər turnirə 1996-cı ildə ev sahibliyi edib və çoxmillətli Avro 2020-nin on iki oyunu London və Qlazqoda keçirilib.[8]

Türkiyə – Martın 23-də Türkiyə Futbol Federasiyası Avro-2028-ə ev sahibliyi etmək üçün ərizə təqdim etdiyini təsdiqləyib.[9]

Rədd edilmiş təklif

Rusiya – Martın 23-də də, ölkəsinin Ukraynanı işğal etməsi səbəbindən UEFA-nın Rusiya klublarının və Rusiya milli komandasının iştirakına qadağa qoymasına baxmayaraq, Rusiya öz təklifini elan edir.[10] 2 may 2022-ci ildə UEFA Rusiyanın 2028 və 2032-ci illər üçün təklifləri qeyri-məqbul elan etdi.[11][12]

Yayım hüququ

İstinadlar