Uşuaya

UşuayaArgentinada, Pataqoniya bölgəsində yerləşən şəhər. Dünyanın ən cənubda yerləşən şəhərlərindən biridir. Uşuayadan daha cənubda şəhərlər olsa da bu şəhərlər hərbi şəhərlərdir.

Uşuaya
54°48′26″ c. e. 68°18′16″ q. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub12 oktyabr 1884
Sahəsi
  • 23 km²
Mərkəzin hündürlüyü23 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 82.615 nəf. (2022)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu+54 2901
Poçt indeksiV9410
Digər
ushuaia.gob.ar
Xəritəni göstər/gizlə
Uşuaya xəritədə
Uşuaya
Uşuaya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Argentinanın Tyerra del Fueqo əyalətinin paytaxtıdır. Biql kanalının sahilindədir.

Uşuaya yamana dilində "Şərqə baxan" deməkdir. Başqa ehtimala görə adının mənası "Üzünü Günəşə çevirən"dir.

Tarixi

Uşuaya tarix boyunca iqlim, coğrafiya, heyvan və bitki dünyası, hindu mənşəyini araşdırmaq Avropadan gəlmiş bir çox elmi səfərə ev sahibliyi etmişdir.

Şəhərin ən məşhur binası 1902-ci ildə tikilməyə başlanılan Presidio adlı binadır. 1920-cu ildə tamamlanan bu bina həpsxana kimi istifadə olunmuşdur. Buradakı məhbuslar dəmiryolu çəkilişinə cəlb olunmuşdular. 1947-ci ildə bağlanılan həpsxanada bir neçə muzey açılmışdır. Bunlardan biri də həpsxananın tarixini əks etdirən Presidio muzeyidir. Digəri isə Antarktida ilə bağlı muzeydir.

Əhali

İllərə görə əhali
İlƏhali
19472 182
19664 470
19705 677
198011 443
199129 166
200145 430
200453 762[2]
201056 593 [3]
201360 314

Vergi az olduğundan əhalidə artım müşahidə olunur.

Turizm

Odlu Torpaq Milli Parkına yaxın yeləşdiyindən və təbiətinin gözəliyi səbəbi ilə şəhər turistik xarakter daşıyır. Antarktida gəzintilərinin dayanacağı olması və liman olması onu məşhur edən faktorlardan biridir. Şəhərə ərzaq və digər məhsulların gətirilməsi çox çətin olduğundan Uşuaya Cənubi Azərbaycanın və Argentinanın ən bahalı şəhərlərindən biridir.

Ən görməli yerlərindən biri 1979-cu ildə yaradılmış Dünyanın ucu muzeyidir. Burada Uşuaya və Odlu Torpaq ilə bağlı tarixi məlumatlar əldə etmək mümkündür.

Şəhərin yaxınlığında məşhur Qrasial Martial buzlaqğı yerləşir.

Nəqliyyat

Uşuaya beynəlxalq hava limanına sahibdir və 1997-ci ildə inşa edilmişdir. Antarktidaya gedən bəzi gəmilər buradan liman kimi istifadə edirlər.

Qalereya

İstinadlar

Xarici keçidlər

  • Rəsmi sayt Arxivləşdirilib 2006-11-04 at the Wayback Machine
  • Turizm
  • Turizm
  • Uşuaya Arxivləşdirilib 2013-08-19 at the Wayback Machine
  • Dünyanın ucu muzeyi (isp., alm.) Arxivləşdirilib 2006-07-09 at the Wayback Machine
  • Presidio muzeyi (ing., isp.) Arxivləşdirilib 2005-07-29 at the Wayback Machine