Turan Tovuz FK

Tovuz şəhərini təmsil edən Azərbaycan futbol klubu
(Turan-T Tovuz İK səhifəsindən istiqamətləndirilmişdir)

Turan Tovuz FKTovuz şəhərini təmsil edən Azərbaycan futbol klubu. Azərbaycan Premyer Liqasında çıxış edir. 23 fevral 1992-ci ildə təsis olunan komanda, ev oyunlarını 6.500 tamaşaçı tutumuna malik Tovuz şəhər stadionunda keçirir.

Turan Tovuz FK
Loqonun şəkli
ÖlkəAzərbaycan Azərbaycan
Ləqəb(lər)Boz qurd
Rəng(lər)Göy-qırmızı
Yaranma tarixi1992
StadionuTovuz şəhər stadionu
Tutumu6500
PrezidentiAzərbaycan Ehtiram Quliyev
Baş məşqçisiTürkmənistan Qurban Berdiyev
LiqaAzərbaycan Premyer Liqası
2023-246
Rəsmi saytı

"Turan Tovuz" bir dəfə Azərbaycan Çempionatının qızıl, bir dəfə gümüş, iki dəfə isə bürünc medalını qazanıb. 1994-cü ildə UEFA Kubokunda iştirak etməklə, Azərbaycanı ilk dəfə avrokuboklarda təmsil edən komanda kimi tarixə düşüb.[1]

Adı

10 oktyabr 2014-cü il tarixinə qədər Turan-T adlanan klub bu tarixdən etibarən adını dəyişib. Klub bu tarixdən sonra "Turan-Tovuz" adını daşıyacağını açıqlayıb və bununla bağlı müvafiq sənədləri Peşəkar Futbol Liqasına təqdim edib.[2] Müvafiq sənədlər təqdim edildikdən sonra PFL klubun adının dəyişdirildiyini elan etmişdir.[3]

Uğurları

Ölkədaxili turnirlərdə

UEFA turnirlərində

"Turan" UEFA bayrağı altında keçirilən və Azərbaycan klublarının qatıldığı 5 qitə turnirinin 1-də, ümumilikdə 1 dəfə iştirak edib.

UEFA turnirlərindəki statistika

Mənbə: uefa.com
Son yenilənmə: 30 avqust 2010

TurnirİştirakOyunQHMT/FT/B
UEFA Kuboku120020 – 7-7
Cəmi120020 – 7−7

UEFA turnirlərindəki oyunlar

MövsümTurnirMərhələRəqibI oyunII oyunNəticə
1994/1995UEFA KubokuI t/m. Fənərbaxça(s) 0:5(e) 0:20–7

UEFA turnirlərində "Turan"ın Azərbaycan ilkləri

Azərbaycanı Avropa kuboklarında ilk dəfə "Turan" təmsil etmişdir.

İFFHS reytinq cədvəlində

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) 2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 158 xal ilə Azərbaycan klubları arasında 7-ci, dünyada isə 611-ci pillədə başa vurmuşdur[4].

Klubun məşhurları

  • Komandanın formasını geyinmiş məşhur futbolçular: Nizami Sadıqov, Sakit Aliyev, Nadir Nəbiyev, Ruslan Abbasov, Rəşad Sadıqov, Eltay Aslanov, Sergey Skaçenko, Asen Nikolov, Musa və Qurban Qurbanovlar, Hüseyn Məhəmmədov, Kənan Kərimov, İlham Məmmədov, Romal Hüseynov, Tərlan Əhmədov, Vidadi Rzayev, Aftandil Hacıyev, Hüsynqulu Quliyev, Məqsəd Yaqubəliyev, Rüfət Quliyev.
  • Komandada ən çox oyun keçirən futbolçular: Nizami Sadıqov, Sakit Alıyev.
  • "Turan"ın futbolçusu Musa Qurbanov ikinci çempionatda 36 qol vuraraq bombardir olub. Komandanın qapıçısı Nizami Sadıqov BFSF(İFFHS)-nin reytinqində 1106 dəqiqəlik quru seriyayla dünyada 19-cu nəticəni göstərib, qol vurmaqda isə qapıçı dünyada ilk onluqda yer alıb (19 qol).

Himni

Musiqisi: Faiq Sücəddinov
Sözləri: İsmayıl Dadaşov

Artır şanı-şöhrəti milli futbolumuzun,
Heç vaxt unutma, "Turan", sən fəxrisən Tovuzun.
Dağlardan vüqar al sən,
Zirvələrə ucal sən,
Ey doğma komandamız,
Adına layiq ol, sən.
Nəqərat:
Hər zaman yaşa, "Turan",
Hər biriniz qəhrəman,
Sizinlə qürur duysun
Yurdumuz Azərbaycan!

Yüksəkliklər gözləyir, həmişə gedin öndə,
Qələbə sizin olsun rəqiblərin önündə.
Dağlardan vüqar al sən,
Zirvələrə ucal sən,
Ey doğma komandamız,
Adına layiq ol, sən.

[5]

Gerblər

İstinadlar

Xarici keçidlər