Tor (film, 2011)

Tor (ing. Thor)Marvel Studios tərəfindən istehsal olunmuş, eyniadlı Marvel Comics personajının komikslərinə əsaslanan 2011-ci il ABŞ superqəhrəmanlıq filmi. Marvel Kinematoqrafiya Kainatının 4-cü filmidir. Kennet Brananın rejissorluğu, Eşli Edvard Miller, Zak Stentsin və Don Peynin ssenaristlikləri ilə çəkilmiş filmin əsas rollarında Kris Hemsvort, Natali Portman, Tom Hiddlston, Stellan Skarsqard, Kolm Fiori, Rey Stivenson, İdris Elba, Ket Denninqs, Rene RussoEntoni Hopkins çıxış edirlər. Filmdə Tor buz nəhənglərinə qarşı özbaşına müharibə başlatdığı üçün Asqarddan Yerə sürgün edilir, güclərindən və çəkici Myolnirdən məhrum edilir. Loki Asqard taxtını ələ keçirməyə cəhd edir, Tor isə Lokini dayandırıb taxta layiq olmağa çalışır.

Tor
ing. Thor
Filmin posteri.
Filmin posteri.
Janrsuperqəhrəmanlıq
RejissorKennet Brana
ProdüserKevin Fayqi
İcraçı prodüserlərSten Li
Əsərin müəllifləriSten Li, Larri Liber və Cek Körbinin "Tor" komiksləri
Ssenari müəllifləriEşli Edvard Miller, Zak Stents, Don Peyn
Baş rollardaKris Hemsvort, Natali Portman, Tom Hiddlston, Stellan Skarsqard, Kolm Fiori, Rey Stivenson, İdris Elba, Ket Denninqs, Rene Russo, Entoni Hopkins
BəstəkarPatrik Doyl
Geyim rəssamıAleksandra Birne[d]
MontajçıPol Rabell[d]
İstehsalçılarMarvel Studios
Distribütor:
Paramount Pictures[N 1]
DistribütorParamount Pictures, Disney+, Walt Disney Studios Motion Pictures[d]
İlk baxış tarixi17 aprel 2011 (Sidney)
6 may 2011 (ABŞ)
Müddət114 dəq.[4]
Büdcə150 milyon $[5]
Gəlir449,3 milyon $[6]
ÖlkələrABŞ ABŞ
Dilingilis
Sonrakı filmTor: Zülmət dünyası
Rəngrəngli
Çəkiliş yeriNyu-Meksiko, Los-Anceles
IMDbID0800369
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tor üçün ilk film adaptasiyası konsepsiyasını 1991-ci ildə Sem Reymi inkişaf etdirmişdir, lakin tezliklə layihə tərk edilmiş, bir neçə il boyunca "inkişaf cəhənnəmi"ndə qalmışdır. Bu zaman ərzində filmin müəllif hüquqları müxtəlif studiyalarda olmuş, nəhayət 2006-cı ildə Marvel layihəni inkişaf etdirməsi üçün Mark Protoseviçlə müqavilə imzalamış və filmi Paramount vasitəsilə maliyyələşdirib buraxmağı planlaşdırmışdır. İlk buraxılış tarixi 2010-cu il olan filmin rejissorunun Mettyü Von olması planlaşdırılsa da, o, 2008-ci ildə layihədən ayrılmış, onu Brana əvəz etmiş, filmin yeni buraxılış tarixi 2011-ci il olmuşdur. Əsas personajları canlandıracaq şəxslər 2009-cu ildə seçilmiş, filmin çəkilişləri isə 2010-cu ilin yanvarından mayına kimi KaliforniyaNyu-Meksikoda baş tutmuşdur. İstehsal sonrası prosesdə film 3D formata uyğunlaşdırılmışdır.

"Tor" filminin premyerası 17 aprel 2011-ci ildə Sidneydə, 6 may 2011-ci ildə ABŞ-də baş tutmuşdur. Film yaxşı gəlir əldə etmiş, aktyor heyətinin performansı bəyənilmişdir, lakin filmin Yerlə bağlı elementləri bir az tənqid edilmişdir. İki sikvel — "Tor: Zülmət dünyası""Tor: Raqnarök", uyğun olaraq, 8 noyabr 2013-cü il və 3 noyabr 2017-ci il tarixlərində buraxılmışdır. 5 noyabr 2021-ci ildə "Tor: Sevgi və şimşək" adlı üçüncü sikveli də buraxılacaq.

Məzmun

965-ci ildə Asqard kralı Odin Yotunhaymın buz nəhənglərinə və onların lideri Lafiyə qarşı müharibə başladaraq onların Yerdən başlayaraq doqquz krallığı işağl etmələrinin qarşısını alır. Asqard döyüşçüləri buz nəhənglərini Norveçin Tonsberq bölgəsinə məğlub edirlər, onların güclərinin mənbəyi olan Qədim Qışların mücrüsünü ələ keçirirlər.

İndiki vaxtda[N 2] Odinin oğlu Tor Asqard taxtına çıxmağa hazırlaşır, amma mərasim buz nəhənglərinin mücrünü ələ keçirmək cəhdinə görə yarımçıq qalır. Tor atasının əmrinə qarşı gələrək qardaşı Loki, uşaqlıq dostu Sif və Üç döyüşçü — Volstaqq, Fandral və Hoqun ilə birlikdə Yotunhayma gedir. Buz nəhəngləri ilə döyüş başlayır, Odin gəlib asqardlıları xilas edir, iki irq arasında sülh pozulur. Torun təkəbbürünə görə Odin ondan güclərini və Myolniri əlindən alır, Yerə ölümlü biri kimi sürgün edir. Myolniri də Yerə göndərir, ancaq ona layiq olan biri tərəfindən qaldırılması üçün sehirləyir.

Nyu-Meksiko ştatında astrofizik Ceyn Foster, köməkçisi Dersi Lyuis və məsləhətçi Erik Selviq Toru tapırlar. Yerli əhali Myolniri tapır, Q.A.L.X.A.N. casusu Fil Kolson Toru Yerə gətirən soxulcan dəliyi haqqındakı dataları zorla Fosterdən alandan sonra Myolniri də müsadirə edir. Tor çəkicin ətrafında Q.A.L.X.A.N. tərəfindən tikilən tikiliyə daxil olub Myolniri geri götürmək istəsə də, onu qaldıra bilmir və həbs olunur. Selviqin köməyi ilə o azad olur, Yerdə sürgün həyatına davam etməyə qərar verir, Fosterlə romantik münasibət qurur.

Loki Lafinin bioloji oğlu olduğunu, müharibənin sonunda Odin tərəfindən övladlığa götürüldüyünü öyrənir. Odinlə mübahisə edən zaman Odin gücünü toplamaq üçün dərin "Odin yuxusu"na dalır. Loki Odinin əvəzinə taxta çıxır, Lafiyə Odini öldürməyi və mücrünü götürməyi təklif edir. Lokinin hakimiyyətindən məmnun olmayan Sif və Üç döyüşçü Toru sürgündən qaytarmaq üçün dünyalar arası səyahət vasitəsi olan Bifrostun gözətçisi Heymdallı onları Yerə göndərməsinə razı sala bilirlər. Bundan xəbərdar olan Loki məhvedilməz avtomat olan Məhvedicini Toru tapmaq və öldürmək üçün göndərir. Döyüşçülər Toru tapırlar, amma Məhvedici onlara hücum edib onları məğlub edir. Tor dostlarını xilas etmək üçün özünü qabağa verir. Məhvedici tərəfindən ölümcül yaralanan Tor fədakarlığına görə Myolnirə layiq olduğunu sübut edir. Çəkic ona qayıdır, güclərini yenidən qazanır və Məhvedicini məğlub edir. Tor Fosteri öpub geri qayıdacağına and içir, dostları ilə birlikdə Loki ilə üzləşmək üçün Asqarda qayıdır.

Asqardda Loki Lafiyə xəyanət edib onu öldürür. Məlum olur ki, Lokinin əsl planı ögey atasına layiq olduğunu sübut etmək üçün Lafinin Odini öldürmək cəhdindən bəhanə kimi istifadə edərək Bifrost körpüsü vasitəsilə Yotunhaymı məhv etməkdir. Tor Loki ilə döyüşür və onun planını dayandırır. Odin oyanır və Loki ilə Toru körpünün məhv edilməsi zamanı yaranan uçuruma düşməkdən xilas edir. Lakin Odin Lokinin təsdiq üçün etdiyi xahişi rədd edəndən sonra özünü uçurumdan atıb intihar edir. Torla Odinin arası düzəlir, Tor hələ də kral olmağa hazır olmadığını bildirir. Bu zaman Yerdə Foster və komandası Asqarda portal açmaq üçün yol axtarırlar.

Titrlərdən sonrakı səhnədə Selviq bir Q.A.L.X.A.N. binasına aparılır, burada Nik Furi portfeli açıb ondan sirli kubşəkilli cismi[N 3] öyrənməyi xahiş edir. Görünməz Loki Sleviqi razılaşmağa məcbur edir.

Qeydlər

İstinadlar

Xarici keçidlər