Toğrul Nağıyev

Toğrul Həsənbala oğlu Nağıyev (8 iyun 2000; Şəki, Azərbaycan13 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Toğrul Nağıyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriŞəki, Azərbaycan
Vəfat tarixi (20 yaşında)
Vəfat yeriAğdərə, Azərbaycan
Dəfn yeriŞəki, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020

Həyatı

Toğrul Nağıyev 2000-ci il iyunun 8-də Şəki şəhərində anadan olub.2005-ci ildə 2 nömrəli tam orta məktəbə gedib,2009-cu ildə 2 nömrəli Uşaq Musiqi məktəbinə daxil olub.2014-cü ildə Şəki regional Musiqi Kollecinə daxil olmuşdur.2018-ci ildə Musiqi Kollecini bitirmişdir[1] Subay idi.

Hərbi xidməti

2018-ci ildə iyunun 11-i Hərbi xidmətə yollanib.O,2020-ci il yanvarin 10-u hərbi xidməti bitirib qayitmişdir.Azərbaycan Ordusunun əsgəri olan Toğrul Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Toğrul Nağıyev oktyabrın 13-da Ağdərə istiqamətində şəhid olub. Şəki şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Təltifləri

Xatirəsi

2023-cü ildə Şəkidə 8 nömrəli orta məktəbdə şəhid Toğrul Nağıyevin adına rəqs dərnəyi açılıb[4].

İstinadlar