Tirli Vilhelm

Tirli Vilhelm[3] (lat. Willelmus Tyrensis) və ya Tirli Giyom (fr. Guillaume de Tyr; təq. 1130[1][2], Qüds29 sentyabr 1186, Qüds) — Yerusəlim krallığında ruhani və ictimai xadimi, kral I Amorinin saray tarixçisi, səlib yürüşlərinin ən mühüm salnaməçilərindən biri.

Tirli Vilhelm
fr. Guillaume de Tyr
Doğum tarixitəq. 1130[1][2]
Doğum yeri
Vəfat tarixi29 sentyabr 1186
Vəfat yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Onun ailəsinin regiona Fransadan, ya da İtaliyadan gəldiyi güman edilir.[4] Tarixçilər onun valideynlərin krallıqda məskunlaşmış "varlı tacirlər" olduqlarını ehtimal edirlər,[5] lakin onların Birinci Səlib yürüşündə iştirak edib-etmədikləri və ya sonradan region məskunlaşıb-məskunlaşmadıqları məlum deyil. Vilhelm təxminən 1130-cu ildə Yerusəlim şəhərində anadan olmuşdur. Onun ən azı Ralf adında bir qardaşı var idi. Anasının 1165-ci ildən əvvəl vəfat etməsi istisna olmaqla, ailəsi haqqında başqa heç nə məlum deyil.[6]

Vilhelm latın, fransız, yunan, ərəb, süryanialman dillərini mükəmməl bilirdi. Tir mitropolitinin arxidiakonu və vəliəhd şahzadə Bolduinin pedaqoqu, o zaman KonstantinopolRomadakı səfiri kimi xidmət etmişdir. 1168-ci ildə I Amori imperator I Manuil Komninlə ittifaq bağlamışdır. Vilhelm 1174-cü ildə Tir arxiyepiskopu təyin edilmiş və Yerusəlim krallığının siyasətinə rəhbərlik etməyə başlamışdır. 1179-cu ildə Romada papaların seçilməsi qaydasını təyin edən Üçüncü Lateran Şurasında iştirak etmişdir.[7]

İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər