Timo Verner

Timo Verner (6 mart 1996-cı ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan RB Leypziq klubunda və Almaniya milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Almaniya futbolçusudur.[3]

Timo Verner
alm. Timo Werner
Verner 2018
Verner 2018
Ümumi məlumatlar
Tam adıTimo Verner
Doğum tarixi6 mart 1996(1996-03-06)[1][2] (28 yaş)
Doğum yeriŞtutqart, Almaniya
Vətəndaşlığı
Boyu1,81
Çəkisi75 kq
MövqeyiHücumçu
Klub haqqında məlumat
KlubAlmaniya RB Leypziq
Nömrəsi11
Karyerası
Gənclik karyerası
2002—2013Almaniya Ştutqart
Klub karyerası[* 1]
2013—2016Almaniya Ştutqart95 (13)
2016—h.hAlmaniya RB Leypziq31 (21)
Milli yığma[* 2]
2011—2012Almaniya Almaniya U-165 (2)
2012—2013Almaniya Almaniya U-1718 (16)
2013—2015Almaniya Almaniya U-1911 (9)
2015—h.hAlmaniya Almaniya U-217 (3)
2017—h.hAlmaniya Almaniya5 (3)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası

VfB Ştutqart

Verner Ştutqart klubu ilə debütünü 1 avqust 2013-cü ildə 2013-14 UEFA Avropa Liqası təsnifat mərhələsində Botev Plovdiv klubunaq qarşı oyunda etmişdir.[4] 17 yaş, 4 ay və 25 günlüyündə meydana çıxan Verner rəsmi oyunlarda oyuna daxil olan ən gənc futbolçu kimi Bundesliqa klubu olan Ştutqart klubunun tarixinə düşmüşdür.[5]

O, Bundesliqada debütünü 17 avqust 2013-cü ildə Bayer Leverkuzen klubuna qarşı oyunda etmişdir. Verner Bundesliqada ilk qolunu 22 sentyabr 2013-cü ildə Ştutqart klubu ilə Ayntraxt Frankfurt klubuna qarşı oyunda vurmuşdur. 10 noyabr 2013-cü ildə Verner Frayburq klubuna qarşı oyunda iki qolla yadda qalmışdır. O, ikinci və üçüncü qolun müəllifi olmuş və komandası 3-1 hesabı ilə qalib gəlmişdir. Bu nəticə ilə Verner Bundesliqa tarixində bir oyunda iki qol vuran ən gənc futbolçu kimi tarixə düşmüşdür.[6]

Verner 18-ci ad günündə Ştutqart klubu ilə 2018-ci ilin iyun ayına qədər peşəkar müqavilə imzalamışdır. Amma Leypziq 2016-cı ilin yayında 10 milyon avro qarşılığında onu transfer etmişdir.[7]

RB Leypziq

11 iyun 2016-cı ildə Verner RB Leypziq klubu ilə dörd illik müqavilə imzalamışdır. Transferin qiyməti 10 milyon avro olmuşdur. Verner RB Leypziq klubunun ən bahalı transferi kimi tarixə düşmüşdür.

Milli karyerası

Verner Almaniya millisi ilə 2012 UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir.

Verner 2017-ci ildə Yoahim Lövün rəhbərliyi altında 22 mart 2017-ci ildə İngiltərə milli ilə yoldaşlıq oyunu üçün, 26 mart 2017-ci ildə Azərbaycan millisi ilə 2018 Dünya Kuboku təsnifat mərhələsi oyunu üçün əsas milli komandaya çağırılmışdır.[8] 25 iyun 2017-ci ildə Verner Konfederasiyalar Kubokunda Kamerun millisinə qarşı oyunda iki qolla yadda qalmışdır.

Klub statistikası

6 May 2017 tarixində yenilənib[9]
KlubMövsümLiqaKubokAvropaÜmumi
OyunQolOyunQolOyunQolOyunQol
Ştutqart2013–143042020344
2014–1532310333
2015–163363110377
Totals9513613010414
RB Leypziq2016–173121103221
Ümumi karyera12634713013635

Milli komanda qolları

29 İyun 2017 tarixində yenilənib (Nəticələr və qollar Almaniya hesablamasının birinci siyahısındadır.)
#TarixMəkanRəqibHesabNəticəTurnir
1.25 İyun 2017Fişt Olimpiya stadionu, Soçi, Rusiya  Kamerun
2–0
3–1
2017 FİFA Konfederasiyalar Kuboku
2.
3–1
3.29 İyun 2017  Meksika
3–1
4–1

Uğurları

Fərdi

  • Fritz Valter Medalı 2013-cü ildə Qızıl (Kateqoriya U17)
  • Fritz Valter Medalı 2015-ci ildə Gümüş (Kateqoriya U19)

İstinadlar

Xarici keçidlər